Sankt-Peterburqda iki erməni azərbaycanlını qətlə yetirib
Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkin rayon məhkəməsində Azərbaycan vətəndaşını oğurlamaqda və qətlə yetirməkdə ittiham olunan iki Ermənistan vətəndaşı – Arman Arakelyan və Qayka Tadevosyanın cinayət işinə baxılacaq.
Sankt-Perterburq şəhər prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, ötən ilin sentyabr ayının 15-də şəxsin itkin düşməsi barədə polisə ölənin həyat yoldaşı xəbər verib.
İlkin məlumata görə, bundan bir gün öncə zərərçəkən ilə ittiham olunanlar arasında münaqişə baş verib. Cinayətkarlar həmyerlimizi maşına mindirərək şəhər kənarına aparıblar. Orada onun döş və qarın nahiyələrinə bıçaq zərbələri endiriblər, daha sonra cəsədi basdırıblar və maşını yandırıblar. (Virtualaz.org)