Sərkisyan Qarabağ məsələsindəki mövqeyinə görə Putinə təşəkkür etdi
“Mən, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə, Sizə təşəkkür etmək istəyirəm”.
Virtualaz.org İnterfaks-a istinadən bildirir ki, Ermənistan prezidenti Serj Sərkisyan bunu Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Biz bu münaqişənin sülh yolu ilə həllinə sadiq olduğumuzu bir daha bəyan edirik”, – deyə Ermənistan prezidenti əlavə edib.
* * *19:40
Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyanın Moskvada prezident Vladimir Putinlə görüşü keçirilir.
“Report”un “news.am”a istinadən verdiyi xəbərə görə, bundan öncə görüş çərçivəsində iki ölkə arasında iqtisadi-ticarət, investisiya, energetika, humanitar və digər sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə ediləcəyi bildirilirdi. Tərəflər həmçinin Avrasiya məkanında inteqrasiya prosesinin inkişaf perspektivlərinə dair məsələrə toxunacaqlar.
Eyni zamanda, Serj Sarqsyan və Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsini müzakirə edəcək, mövcud problemlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.