Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

PUTİN RUSİYASI NƏ İSTƏYİR? – Con Kennanın 70 il öncəki tövsiyyələri

Rusiya nə istəyir? Artıq bu sual bir neçə ildir ki, Vaşinqton siyasətçilərinin beynini qarışdırır. Lakin hal-hazırda Moskvanın Krımda yerləşməsi, Suriyadakı hərbi kampaniyasının sərhədlərini genişləndirməsi və həmçinin də öz ordusunu gücləndirməsi amerikalı liderləri daha çox narahat edir.

Amerikanlar bu suala əvvəl də cavab verməli olublar. Belə ki, yetmiş il bundan öncə Con Kennan özünün məşhur “uzun teleqram”ında bu yöndəki suala öz baxışları ilə cavab vermişdi. Hərçənd ki, Kennan özünün 8 min sözdən ibarət olan rəsmi teleqramında tamamilə ayrı bir Rusiya haqqında danışır, amma buna baxmayaraq, hər halda ABŞ prezidentinin Kremllə bağlı yeni yanaşma işləyib hazırlaması üçün həmin teleqramı diqqətlə oxuması lap yerinə düşər.

Kennan öz teleqramını 1946–cı ildə ABŞ-ın Sovet İttifaqındakı səfirinin müşaviri işləyən zaman yazmışdı. Bu teleqramda o, SSRİ-nin davranış motivlərinin mənbəyi və soyuq müharibə zamanı ABŞ-ın hansı önləyici tədbirlər siysəti həyata keçirməsinin vacib olması barəsində öz baxışlarını yazmışdı.

Teleqramda konkret heç bir siyasi resept yox idi. Kennan tamamilə başqa məqsəd güdürdü. Soyuq müharibə dövründə Amerikanın SSRİ ilə bağlı strategiyasının siyasi konsepsiyasının böyük bir hissəsi Kennanın teleqramına söykənib. Onun məzmunu Vaşinqtonda böyük maraq yaratmışdı. Məhz bu teleqramda ABŞ strategiyasının əsas prinsipləri təklif edilirdi.

Müasir vəziyyət bir çox aspektlərdə İkinci Dünya Müharibəsindən sonrakı SSRİ və ABŞ arasındakı münasibəti xatırladır. İosif Stalinin hərəkətlərindən narahat olan Vaşinqton ardıcıl strategiya işləyib hazırlamağa cəhd göstərirdi. Bu gün Vladimir Putin Rusiyasının həyəcanlanmış qonşularını qorxutmağa davam etdiyi və Qərb maraqlarına təhlükə törədiyi bir vaxtda, ABŞ yenidən ardıcıl və inandırıcı bir strategiya hazırlamalıdır.

US-Diplomat-George-F-Kennan-gestorben

Növbəti ABŞ prezidenti yeni strategiyanın hazırlanmasında Kennanın teleqramında irəli sürülmüş məsləhətlərə qulaq asaraq, üç əsas aspektə diqqət yetirməlidir.

Birinci – Rusiyanın hərəkətlərinin motivləri və mənbələrindən başlamaq lazımdır. Kennan yazırdı: ”İlk mərhələdə biz onların hərəkətinin təbiətini anlamalıyıq”.

Bunlar boş sözlər deyildi. Kennan Dövlət Departamentini başlıca strateji problemlərə müharibə dövründə necə yanaşılırdısa, o, cür diqqətlə və maraqla yanaşmağa çağırırdı. Çünki əgər düzgün diaqnoz qoyulmasa, onda müalicə aparmaq mümkün olmayacaq.

Son zamanlar Obama administrasiyası ABŞ və Rusiya münasibətlərini böyük dövlətlərin rəqabəti kimi xarakterizə etməyə başlayıb. Müdafiə naziri Eşton Karter bildirib ki, 1989-2014-cü illərdə davam edən bir qütblü dünyaya son qoyulub və onu, Rusiya və Çinin güclü dövlət statusu qazanması ilə çox qütblü dünya əvəz edib. Beləliklə, ABŞ-ın siyasətinin əsasında yeni düşüncə tərzi və yeni hərəkət tərzi dayanmalıdır.

Kennanın məntiqinə əsasən, yeni düşüncə tərzi Putin Rusiyasının motiv və məqsədlərinin dəqiq və hərtərəfli anlaşılmasından başlamalıdır.

İkincisi – İctimayyəti Rusiyanın hərəktləri barəsində məlumatlandırmaq lazımdır. Kennan yazırdı ki, bu fakt mütləq dəyərləndirilməlidir.

“Gallup” institutunun 1990-cı ildə keçirdiyi sorğuya görə, o zaman Amerika ictimaiyyətinin Rusiyaya münasibəti ziddiyyətli idi. 2012-ci ilin sonunda aparılan sorğuya əsasən, əksər amerikalılar Rusiyaya simpatiya ilə yanaşırdılar və bu cür düşünənlərin sayı 60 faizi keçirdi. Lakin bu gün amerikalıların 65% Rusiyaya qarşı mənfi münasibət bəsləyir.
Amerikan cəmiyyəti sadəcə soyuq müharibə dövründə özünün keçmiş rəqibi barəsində nə düşünməyin lazım olduğunu bilmir. Moskvanın motivlərinin və məqsədinin hərtərəfli analizi, ictimaiyyət və siyasətçilərin baxış prizması olmalıdır.

Üçüncüsu – Bütün dünya üzrə demokratik xalqları, institutları birləşdirməyə və möhkəmləndirməyə aktiv cəhdlər göstərmək lazımdır. Kennan məktubunda Sovet İttifaqının dünyada öz mövqeyini yaxşılaşdırmağa yorulmadan can atması barədə bəhs edirdi.

SSRİ öz məqsədlərinə təkcə hərbi güc vasitəsi ilə deyil, eyni zamanda özündə ticarəti, beynəlxalq təşkilatları, xalq hərəkatlarını və müxtəlif alyansları cəmləşdirən mürəkkəb və hərtərəfli strategiya hesabına nail olurdu.
Sosialist dünyasının qələbəsi Qərbin məğlubiyyəti demək idi və ya əksinə.

Bu gün həmçinin Putin də mürəkkəb və müxtəlif planlı strategiya tətbiq edir. Onun Ukraynada və Suriyada göstərdiyi hərbi güc nümayişi, digər dövlətlər arasında Rusiyanın mövqeyini möhkəmləndirmək üçün istifadə olunan və özündə iqtisadi, siyasi və sosial təzyiq üsullarını birləşdirən iri miqyaslı oyunun yalnız bir komponentidir.

Göründüyü kimi, Kennanın o zamanın liderlərinə ünvanladığı məktub indiyədək öz aktuallığını itirməyib.

Rusiya nə istəyir? Növbəti ABŞ administrasiyası mümkünsə bu suala daha tez cavab hazırlamalıdır. Kennanın məktubunda isə bunun hansı yollarla və nə dərəcədə yaxşı konsepsiya vasitəsilə həyata keçirilməsi barəsində plana rast gəlmək olar.

(“U.S News and World Report” – ABŞ)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031