Piter Semnebi: “Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması narahatlıq doğurur”
“İndiyədək Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması narahatlıq doğurur”.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda isə İsveçin Suriyadakı səfiri kimi fəaliyyət göstərən Piter Semnebi bildirib.
Səfir Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib olduğunu vurğulayıb: “Mən bu istiqamətdə irəliyə doğru addımlar atıldığına ümid etmək istərdim”.
P.Semnebi bu gün Azərbaycan paytaxtında açılışı olan IV Qlobal Bakı Forumunun işini də yüksək qiymətləndirib.
Diplomat forumun yüksək səviyyəsini və iştirakçıların sayının çox olmasını xüsusi vurğulayıb: “Belə müzakirələr yalnız Azərbaycan yox, həm də digər ölkələr üçün faydalıdır”.