Ermənistan ordusunda itki: 3 ölü, 2 yaralı
Ermənistan Müdafiə Nazirliyi ötən gecə Yerevan-Meqri yolunda baş verən yol qəzası ilə bağlı açıqlama verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qəza zamanı 3 hərbi qulluqçu – Karen Karapetyan, Vaan Qukasyan və Ruslan Arutunyan həlak olub, Roman və Arkadi Arutunyan isə xəsarət alıb.
Qəzanın Tiqranaşen kəndi yaxınlığında maşının yoldan çıxaraq dərəyə düşməsi nəticəsində baş verdiyi bildirilir.