Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Başqa cür ola da bilməzdi: Teatr Günündə dünyanı tərk edən Nəsibə… – VİDEO

“Gəlin mənim süpürgəmdir”, – deyib adını tarixə yazdıran neçə qayınana tanıyırsınız?

Hamı yəqin ki, bir nəfəri, yəni onu deyəcək. Onun da xüsusi təqdimata ehtiyacı yoxdur. Elə bu frazanı xatırlamaq kifayətdir:

“Ağız, daha bundan artıq noolacaq, qohum-əqrəba içində məni rüsvayi-cahan eləmisən. Ölü yerinə gedə bilmirəm, diri yerinə gedə bilmirəm. Hamısı gəlinin qayınanaya qulluq eləməyindən danışır, mən kimdən əskiyəm? Bəlkə ürəyindən keçir ki, qayınana sənə qulluq eləsin? Yox, mən sənin üçün o qayınanalardan deyiləm. Gəlin mənim süpürgəmdir. Harda qoydum, orda da durmalıdır. Mən bu evin yiyəsiyəm, ağasıyam, xanımıyam. Mənim bir sözüm iki olmamalıdır…”

Yaxud da: “Məhəmməd, ay Məhəmməd, Məhəmməd huyyy. Toyuq qızartmışam, gəl yeyək…”

Hökmlü qayınananın, qayğıkeş qadının dilindən səslənən, insanların dilinin əzbərinə çevrilən bu məşhur frazaların arxasından sevilən aktrisamız, xalq artisti, milyonların sevimlisi Nəsibə Zeynalova boylanır. Gülümsər çöhrəsi, koloritli səsi, şirin ləhcəsi ilə…

Nəsibə Zeynalovanın anım günüdür

Sözlərini hər gün xatırladığımız o məşhur çöhrənin özünü də xatırlayıb, xatırlatmağımızın səbəbi var… Bu gün onun xatirə günüdür.

Düz on iki il bundan öncə bizləri tərk etdi. Özü də ən əziz günündə – Milli Teatr günündə. Teatra bu qədər vurğun, səhnəyə bu qədər aşiq olan bir sənətkarın ölümü, məncə, başqa cür ola bilməzdi.

Nəsibə Zeynalova özünü zorla tamaşaçıya sırıyan və süni alqış selinə tutulan aktrisalardan deyildi. O, səhnəyə, tamaşaçısı da ona aşiq idi. Bu sevgini ona qazandıransa oynadığı rolların səmimiyyəti, təbiiliyi idi.

Atasının arzusunu artıqlamasıyla gerçəkləşdirdi

Azərbaycan teatrsevərləri arasında “qayınana” kimi sevilən, milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını çiyinlərində daşıyan Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub. Atası Kərbəlayi Cahangir tanınmış tacir və eyni zamanda aktyor olub.

Adı Azərbaycan milli realist aktyor məktəbinin banisi kimi tarixə düşən Nəsibə Zeynalova atasının onunla bağlı ən ümdə arzusunu gerçəkləşdirib. Onun sənətini davam etdirməsini arzulayan ata üçün bundan böyük hədiyyəmi var? Hərçənd bu arzusunun gerçəkləşdiyini görmək ataya nəsib olmayıb.

O, nadir incilər yaratdı…

Nəsibə xanımın yaratdığı Cənnət xala, Nargilə, Züleyxa rolları yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda çıxış edən Nəsibə Zeynalovanın kinomuzda Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları canlı və şöhrətlidir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031