Azərbaycan teatrının qaranquşları
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934–cü ildə yaradılıb. Muzeyin yaradıcısı və ilk direktoru Ağakərim Şərifovdur.(APA)
Bu işdə ona Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Əziz Şərif və digərləri kömək ediblər. Muzey 1935–ci ildən C.Cabbarlının adını daşıyır.Muzeyin əsas fondunda 130.000–dən artıq eksponat qorunur.
Muzeydə üç fond – arxiv–memuar, eskiz–maket, foto–neqativ fondları, iki şöbə – fonoteka, ekspozisiya–kütləvi şöbələri, bir kitabxana və foto–laboratoriya fəaliyyət göstərir. Bundan əlavə fondda nadir kitablara da rast gəlinir. M. F. Axundzadənin 1853–cü ildə Tiflisdə nəşr olunmuş povest və komediyaları, 1923–cü ildə nəşr olunmuş “Azərbaycan türk teatrının müxtəsər tarixçəsi”, 1928–29–cu illərdə çapdan çıxmış rusca–türkcə lüğətlər bu nümunələrdəndir.
Muzeyin 7 zaldan ibarət ekspozisiyası teatr mədəniyyətimizi əks etdirən tarixi xronologiya üzrə qurulub.
Hüseyn Ərəblinskinin məzarı. Xalq artistləri M. Əliyev, H. Abbasov, Teatr Muzeyinin ilk direktoru Ağakərim Şərifov. 1919-cu il.