Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

ABŞ kəşfiyyatının “kölgəsi”: “İstənilən an Qarabağda status-kvo dəyişəcək”

“Qafqazda baş verən son hadisələr göstərdi ki, incə, lakin mühüm proseslərin baş verməsi regionda Rusiyanın rolunu artırır. Rusiya rəsmilərinin Gürcüstanla qaz ixracı üçün apardıqları danışıqlar, Ermənistana silah satışı, Azərbaycanın daha geniş spektrdə siyasi əlaqələr qurması kimi hadisələr son həftələrdə diplomatik fəallığın olduğunu göstərir”

Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi yazıb.

Mərkəz qeyd edir ki, regionda sürətli diplomatik oyunlar digər oyunçuları – Türkiyə və Qərbi Moskvanın bölgədəki hökmranlığına qarşı daha fəal şəkildə mübarizəyə tələsdirir: “Bununla yanaşı, Rusiyanın Qafqazda dəyişən mövqeyi, güman ki, Ukrayna və Suriya münaqişələrinin gələcəyi üçün də mühüm göstərici olacaq”.

“Cəsarətli Azərbaycanı Qarabağ üzərindən sıxırlar”

“Stratfor”un təhlilində qeyd olunur ki, Avropa və Asiyanın arasında yerləşən Qafqaz regionu tarix boyu geosiyasi gərginliyin əsas səhnələrindən olub.

“Rusiya, Türkiyə və İran Qafqaz regionunu hörümçək toru kimi əhatələyib. Gürcüstan Qərbə tərəf, Ermənistan isə Rusiyaya tərəf istiqamətlənib. Azərbaycanın Türkiyə ilə güclü əlaqələri var. Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana hücumu, Abxaziya və Cənubi Osetiyanı işğal etməsi post-sovet məkanı üçün bir siqnal oldu. Digər tərəfdən, Avropa İttifaqı və NATO-nun öz müttəfiqini müdafiə etməməsi də onlar üçün dərs idi. Rusiya hazırda Ermənistanda 5 min əsgər saxlayır və bu, Azərbaycanı bir çox məsələlərdə Moskvaya loyal yanaşmağa məcbur edir. Lakin 2014-cü ildə Ukrayna Maydanından sonra Rusiyanın regionda dominantlığına ciddi zərbə dəydi.

Rusiyanın Krıma və Şərqi Ukraynaya hücumu Qərb tərəfindən sanksiyaların tətbiqi ilə nəticələndi. Digər tərəfdən, neft qiymətlərinin düşməsi onun iqtisadiyyatını zəiflətdi. Bu hadisələrdən sonra Qafqazda Rusiyanın təsirinin dəyişəcəyi proqnozlaşıdırılırdı. Gürcüstan Maydandan sonra Qərbə inteqrasiyanı sürətləndirdi və 2014-cü ildə Avropa Birliyi ilə Assosiativ Sazişi imzaladı. 2015-ci ildə isə Tiflisdə NATO-nun təlim mərkəzi açıldı. Gürcüstanın Avropa Birliyi və NATO-ya üzvlüyü əlçatmaz olaraq qalsa da, Ukrayna üsyanından sonra, şübhəsiz, Qərbin bu ölkəyə dəstəyi artıb. Digər tərəfdən, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təminatında əsas alternativ olaraq qalır. Lakin Rusiya cəsarətli Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi üzərindən sıxır. Moskva həm də münaqişənin həllində ən nüfuzlu kardinal olaraq öz mövqeyini qoruyur. Bu isə ona istənilən an Qarabağda status-kvonu dəyişərək, Türkiyə və Qərbə doğru üz tutan Bakının səmtini dəyişməyə imkan yaradır”, – təhlildə bildirilir.

“Gələcəkdə Rusiya və Gürcüstanın qaz danışıqlarının davam etməsi mümkündür”

“Stratfor” yazır ki, son bir neçə hadisə Moskvanın Qafqazda indiki vəziyyətini, eləcə də bundan sonrakı prosesləri anlamağa imkan verir: “Gürcüstan Qərbə doğru inteqrasiyasına baxmayaraq, Moskva ilə əlaqələr yaratdı. Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” koalisiyası Rusiya ilə münasibətləri bərpa etmək cəhdləri göstərdi. İki ölkə arasında ticarət əlaqələri son illər artıb. Rusiyadan Gürcüstana təbii qaz ixracını artırmaq üçün danışıqlar aparılır. Doğrudur, Bakının hərəkətə keçməsi ilə Tiflis bu yoldan döndü və Azərbaycan təbii qazı artırmaqla Gürcüstanın ehtiyaclarını yenidən üzərinə götürdü. Lakin gələcəkdə Rusiya və Gürcüstanın eyni danışıqları davam etməsi mümkündür. Payızda Rusiya-Gürcüstan iqtisadi forumunun keçirilməsi ilə bağlı planlar da bu kontekstdə diqqətdən qaçmır”.

“Moskvanın Qafqazda nüfuzunu saxlamaq bundan sonra daha çox çətin olacaq”

Rusiya baş nazirinin hərbi sənaye üzrə müavini Dmitri Roqozinin Bakıya səfərinə diqqət çəkən “Stratfor” qeyd edir ki, bu, Ermənistana 200 milyonluq silah verən Moskvaya Bakının sərt notasından sonra baş verdi.

“Moskva regionda öz təsirini saxlamaq üçün hər iki ölkəyə silah satır. Lakin Ermənistana güzəştli silah verən Rusiyaya qarşı Bakıda şübhələr yaranıb. Xüsusilə verilən silahların Dağlıq Qarabağda istifadə olunması Azərbaycanı narahat edir. Eyni zamanda, Suriyada Rusiya ilə üz-üzə gələn Türkiyə Qafqaz boyunca Moskvaya qarşı təsir rıçaqlarını işə salıb. Bununla yanaşı, sanksiyalardan azad olan İran da Qafqazda fəallaşır”, – deyə mərkəz qeyd edir.

Təhlildə Rusiyanın Qafqazda strateji mövqeyinin zəifləməsindən Qərb və Türkiyənin istifadə etdiyi vurğulanır: “Rusiya yaxın gələcək üçün də regionda dominant güc olaraq qalacaq. Lakin Ukrayna və Suriyada təhlükələrlə üzləşən Moskvanın Qafqazda nüfuzunu saxlamaq bundan sonra daha çox çətin olacaq”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031