“Stratfor” dəniz müharibəsindən xəbər verdi: ABŞ-Yaponiya, Rusiya-Türkiyə…
“Stratfor” kəşfiyyat-analitik mərkəzinin banisi Corc Fridman “Business Insider” nəşrinə müsahibəsində Avropada yeni müharibənin başlama ehtimalından danışıb.
Publika.az xəbər verir ki, ekspertin fikrincə, münasibətlərin mövcud sistemindəki prinsipial ziddiyyətlər beynəlxalq vəziyyəti kəskinləşdirə bilər.
Fridman qeyd edib ki, Avropa dövlətləri arasında uzun müddətdir müharibələrin olmaması onların yenidən olmayacağına zəmanət vermir. Ekspertin fikrincə, müasir dövrdə beynəlxalq münasibətlərin transformasiyası böyük müharibəyə gətirib çıxara bilər. Analitik Şərqi Avropa, Yaxın Şərq və Sakit Okeanda müharibələrin baş verə biləcəyini proqnozlaşdırır.
Analitik şirkətin banisi Avropada Polşa və Türkiyə ilə Rusiyanın mümkün münaqişəsini ehtimal edir. Fridmanın fikrincə, Sakit okeanda ABŞ və Yaponiya arasında dəniz müharibəsi baş verə bilər.
Qeyd edək ki, “Stratfor” 1996-cı ildə ABŞ-da əsası qoyulan kəşfiyyat-analitik mərkəzidir.