Sərkisyan Putinlə Qarabağı müzakirə edəcək
Sabah Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya səfər edəcək.
Rusiya KİV-i xəbər verir ki, Putinlə Sərkisyanın görüşündə ikitərəfli münasibətlər – Avrasiya Birliyi, humanitar və energetik sferalar müzakirə olunacaq.
Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparacaq.