Rusiya Fransa və İngiltərə üzərində nüvə bombası qaldırdı
Üzərində nüvə başlıqları daşıyan Rusiyaya məxsus “TU 160” tipli bombardman təyyarələri Fransanın şimal-qərbindəki Touquet şəhərinə 60 kilometr məsafədə yerləşən La Manş boğazı (La Manş kanalı) üzərindən uşuş həyata keçiriblər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu hadisə həm Fransada, həm də İngiltərədə böyük ajiotaja səbəb olub.
Fransa mediasının yaydığı məlumata görə, fevralın 17-də baş vermiş sözügedən hadisə haqqında məlumat ölkə ictimiayyətinə 20 gün sonra xəbər verilib. Belə ki, Fransanın Müdafiə Nazirliyinin internet saytında bu hadisə sonradan yerləşdirilməklə hadisənin diqqət çəkməməsi məqsədi güdülsə də, ancaq ölkə mediası bu məlumatı gec də olsa gündəmə gətirib.
Eyni mövqeyi Böyük Britaniya mediası da sərgiləyib. Medianın yazdığı xəbərlərdə deyilir ki, Rusiya döyüş təyyarələri Qərbi Avropaya hərbi gücünü nümayiş etdirib.
Bundan əlavə, Rusiya bombardmançı təyyarəsi ilk dəfə olaraq La Manş boğazı üzərindən hava uçuşları həyata keçirən zaman radara düşüb. Məlum olub ki, sözügedən təyyarə üzərində 25 nüvə başlığı olan bomba daşıyırmış.
Nüvə başlığı daşıyan rus bombardmançı təyyarəsi 2 ingilis, 2 fransız döyüş təyyarələrinin müşayəti ilə La Manş boğazı üzərindən uzaqlaşdırılıb.
Xatırladaq ki, uzunluğu 578 kilometr olan La Manş kanalı Fransa ilə İngiltərə arasında yerləşən boğazdır.