Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Rusiya çökdürülməsə..” – İqtisadçılar Qarabağ məsələsinin həll yollarını GÖSTƏRDİLƏR

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyada həlli uzanan qanlı-qadalı problemlərdən biri hesab olunur.

Hə iki dövlət arasında əldə olunmuş atəşkəs sazişindən 22 il ötür. Amma atəkəs mütəmadi olaraq pozulur, tərəflər itkilər verir…
Qarabağ və ətraf rayonların işğalı nəticəsində Azərbaycana aid uzunluğu 25 min km olan avtomobil yolu, 160 körpü, 14,5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik transformatoru, 2 min km qaz boru xətti, 160 su deposu, 34-dən çox qaz ötürmə stansiyası dağıdılıb. Zəbt edilmiş bölgələrdə 140 min şagirdin oxuduğu 600 məktəb, 53 min şagirdin təhsil adlığı 65 peşə məktəbi məhv edilib.
700 səhiyyə ocağı, 800 nəfərlik xəstəxana, poliklinikalar, doğum evləri, aptek binaları, təcili yardım xəstəxanaları dağıdılıb. Səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan 1,2 milyard dollara yaxındır.

Müharibə nəticəsində Azərbaycan Respublikası 22 milyard dollar məbləğində ziyana məruz qalıb.

Dağlıq Qarabağ münaqişəsinin həll yollarını azərbaycanlı iqtisadçılar nədə görürlər?

Dağlıq Qarabağın azad olunması yollarından danışan iqtisadçılar Modern. az saytına danışıblar.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri  Vüqar Bayramov hesab edir ki, münaqişənin həll yolları Qərblə əməkdaşlıqdan keçir : 

Düşünürəm ki, Rusiyanın iqtisadi cəhətdən zəifləməsi fonunda Azərbaycan Qərb ölkələri ilə bu kontekstdə əməkdaşlığı gücləndirməlidir. Doğrudur, Rusiya yenə də hərbi baxımdan güclüdür. Amma əgər neftin dünya bazar qiyməti aşağı səviyyədə davam edərsə və Şimal qonşumuz üzərindəki sanksiyalar qüvvəsində qalarsa, zaman keçdikcə Rusiyanın regional təsir rıçaqları xeyli zəifləyəcək. Eyni zamanda, Qərblə bu istiqamətdə əməkdaşlıq strateji baxımdan daha dayanıqlı dividentlər vəd edir.
Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət hüququn verilməsinə gəlincə, Azərbaycan ən yüksək muxtariyyət statusu təklif edir. Bu müzakirələrdə dəfələrlə qeyd edilib. Bu baxımdan, Ermənistanın da mövcud reallığı qəbul etməsi və işğal etdiyi ərazilərdən çəkilərək, Azərbaycanın təklif etdiyi statusla razılaşması vacibdir. Təbii ki, bu, yalnız Ermənistana Qərb ölkələrinin təzyiq etdiyi halda mümkün ola bilər“.

Sabiq maliyyə naziri , “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri  Fikrət Yusifov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya hələ də maraqlı deyil:

Nə qədər ki, Rusiya bir güc kimi meydandadır, bu məsələnin həlli də ancaq ondan asılı vəziyyətdə qalacaq. Rusiya bu problemi 3 günə tam həll etmək imkanına malikdir. Yetər ki, buna onun istəyi olsun. Ancaq hələlik görünən budur ki, belə istək ortalıqda yoxdur…”.

Maliyyə sahəsi üzrə ekspert, IJS Hüquq Firmasinin direktoru Əkrəm Həsənov bu münaqişənin həll olunmasının yeganə yolunun Rusiyanın çökdürülməsindən keçdiyini deyib: 

“Rusiya çökdürülməyincə, bu problem həll olunmayacaq. Bu isə bizdən az asılıdır. Amma bunun üçün əlimizdən gələni etməliyik”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri  Azər Mehtiyev hesab  edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli problemə kompleks yanaşma tələb edir:

Dağlıq Qarabağ münaqişəsinin həlli kompleks yanaşma tələb edir. Buna görə də müharibə, sülh, beynəlxalq təşkilatların yaxından iştirakı, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət hüququn verilməsi, Rusiyanın yaxından iştirakı ilə münaqişəyə son qoyulması, Türkiyənin Azərbaycana yaxıdan kömək göstərməsi –  sadalanan yollardan hər hansı birinin ayrılıqda həll yolu olmasını düşünmürəm. Bunların hər birindən əlaqəli şəkildə istifadə etmək zəruri və qaçılmazdır”.

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul bildirib ki, özümüzdən başqa heç bir xarici faktorlar münaqişənin həll olunmasında həlledici ola bilməz:

Bizim üçün Dağlıq Qarabağ münaqişəsi yoxdur, bizim üçün Ermənistanın işğalçı rejimi tərəfindən Azərbaycan torpaqlarının işğal olunması fakt var. Ona görə də hesab edirəm ki, biz işğal altında olan torpaqlarımızı müharibə yolu ilə azad etməliyik, döyüşüb, qan töküb azad etməliyik. Və təbii ki, əgər biz güclü olsaq, torpaqlarımızı azad eləmək qüdrətində olan demokratik və azad ölkənin vətəndaşları, əsgərləri kimi müharibənin gedişində bizə təklif edilən diplomatik yoldan da istifadə etməliyik. Qarabağ ermənilərinə isə ölkəmizin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri çərçivəsində muxtariyyət verməliyik, onların hazırda Ermənistan tərəfindən pozulan vətəndaş hüquqlarının bərpasını təmin etməliyik. Digər xarici faktorlar isə (Ermənistan, ABŞ, Türkiyə, İran və sair) bu məsələnin həllində həlledici ola bilməzlər”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin aparıcı mütəxəssisi Nicat Hacızadə söyləyib ki, Rusiya Ermənistana açıq-aşkar dəstək verdiyinə görə, Azərbaycanın müharibəyə getməsi heç də optimal variant deyil:

“İqtisadçı kimi məsələnin həllini sülh yolu, o cümlədən qonşu Rusiya Federasiyasının vasitəçiliyilə həyata keçirilməsinin tərəfdarıyam. Bunu daha real sayıram. Amma Dağlıq Qarabağa muxtariyyət verilməsinin qəti əleyhinəyəm. Dağlıq Qarabağ heç bir məhdudlaşdırıcı proses olmadan Azərbaycanın birbaşa nəzarəti altında olmalıdır.
Ermənistan silahlı qüvvələrinin maddi texniki bazası Rusiya tərəfindən təmin olunur. Amma ümumilikdə Ermənistan Silahlı Qüvvələrinin şəxsi maddi bazası 100 milyona çatmır. Ermənistan tərəfə Dağlıq Qarabağ ərazisində heç bir dəstək olmasa belə, indiki texniki baza ilə və heç bir səfərbərlik olmadan müharibə etmək mümkündür. Amma nəzərə alaq ki, erməni ordusu ilə Rusiya ordusu arasında bir sıra müqavilələr mövcuddur. Təbii ki , istənilən müharibə ölkənin iqtisadiyyatına sağalmaz yaralar vurur”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031