Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qarabağ xalçaları” layihəsinin təqdimatı keçirilib

Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı ilə Xocavənddən olan məcburi köçkünlər üçün Beyləqanda salınmış qəsəbədə təşkil edilən xalçalıq kursları uğurlu nəticələrini göstərir, Qarabağ xalçaçılıq məktəbi ənənələri gənc nəslə aşılanır. Layihə çərçivəsində hər birində 30 və 40 iştirakçı olmaqla, xalçaçılıq və tikiş kursları təşkil olunub. Kurslara cəlb edilən xocavəndli qızlar 6 ay ərzində xalça toxumağın sirlərinə yiyələniblər.

AZƏRTAC xəbər verir ki, Xocavənd qəsəbəsində “Qarabağ xalçaları” layihəsinin təqdimatı keçirilib. Mərasimdə iştirak etmək üçün Xocavənd qəsəbəsinə gələn HASEN-in baş katibi Haldun Yavaşın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Sonra Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və törədilən qanlı cinayətlər barədə məlumat verib. Xocavənd qəsəbəsində xalça kurslarının açılmasına görə Haldun Yavaşa təşəkkürünü bildirən icra hakimiyyətinin başçısı layihənin əhəmiyyətini qeyd edib. Bildirib ki, ermənilər təkcə qədim Azərbaycan torpağı olan Qarabağı işğal etməyiblər. Eyni zamanda, mədəniyyətimizi, mətbəximizi, musiqimizi və xalçalarımızı da mənimsəyərək, öz adlarına çıxırlar. Erməni işğalçıları xalqımıza məxsus xalça çeşnilərini toxuyaraq xarici ölkələrdə satışını təşkil edir, erməni xalçaları kimi təqdim edirlər. Odur ki, bu istiqamətdə addımlar atılmalı, Qarabağ xalçalarının Azərbaycan xalqına məxsus olduğu dünyaya çatdırılmalıdır.

Haldun Yavaş HASEN-in fəaliyyəti və reallaşdırdığı layihələr, o cümlədən Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirib ki, Qarabağ xalçaları layihəsi kursların təşkili ilə yekunlaşmayacaq. Xocavənd qəsəbəsində xalça istehsal edən müəssisənin yaradılması nəzərdə tutulub. Burada toxunan Qarabağ xalçaları Azərbaycan adı ilə dünyaya çıxarılacaq. Layihə məcburi köçkün qadınların işlə təmin edilməsi və iqtisadi tərəfi ilə yanaşı, həm də təbliğat baxımından olduqca əhəmiyyətlidir. Belə ki, xocavəndli qadınların toxuduqları xalçaların Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində satışı təşkil ediləcək, beləliklə də, eyni zamanda, Qarabağ həqiqətləri də dünyaya çatdırılacaq.

Sonra xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları 320 ailəlik qəsəbədə “Qarabağ xalçaları” layihəsinin təqdimatı olub. Qonaqlar, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xalçaçılıq kurslarına cəlb edilən qızların toxuduqları xalçalarla tanış olublar. Bayramsayağı bəzədilmiş meydanda, həmçinin xalqımızın milli xörəkləri və şirniyyatlar, adət-ənənələrimiz nümayiş etdirilib. Məcburi köçkün uşaqların ifa etdikləri müxtəlif kompozisiyalar və musiqi nömrələri marağa səbəb olub.

Qonaqlara qarabağlı qızların toxuduqları xalçalar hədiyyə edilib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031