MN: Ermənistan mətbuatının yaydığı məlumatlar dezinformasiyadır
Qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.
Bunu Publika.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.
Məlumatda deyilir ki, Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir.
Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlərdə və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər.
Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.