Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Məzəli kənd adlarımız – və ya İnəkboğanın Mırtıdan nəyi əskikdir?

Rəşid Fətəliyev,
geologiya-mineralogiya elmləri namizədi

Son vaxtlar qəzet və internet səhifələrində tez-tez qəribə, məzəli və gülməli kənd adlarımız haqqında müxtəlif məzmunlu yazılar dərc edilir. Bəzi müəlliflər onları maraqlı məlumat kimi təqdim edir, bəziləri isə onların həmin kənd sakinlərinə guya utanc gətirməyini, digərləri daha irəli gedərək, onların  müasir inkişafımıza uyğun gəlmədiyini və bu səbəbdən dəyişdirilməyinin vacibliyi fikrini önə çəkirlər.

Deyilən  fikirlər nə dərəcədə düzgündür, doğrudanmı o adları dəyişmək lazımdır?

Bu sahənin mütəxəssisi olmasam da, qısaca araşdırma aparmaq qərarına gəldim. Həqiqətən, “Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü” kitabını vərəqləsək və ya həmin adda xəritəyə diqqətlə nəzər yetirsək, mənasını bildiyimiz və bilmədiyimiz onlarla duzlu – məzəli toponimlərə – yer adlarına  rast gələrik.

Məsələn, Kələk, Göynəyən (Goranboy), Bağırsaq (Kəlbəcər), Mırtı, Axtaçı (Ağsu),  Potu, Bığır (Göyçay), Qəbizdərə (Zaqatala), Yekəxana (Şamaxı), Ətyeməzli (Ağdam)  və s.
Mən təxminən 100-ə yaxın belə maraqlı kənd adı qeyd edə bildim və aydın oldu ki, bu tipli adlar, xüsusilə Bərdə (Soğanverdilər, Dəymədağıldı, Piyadalar, Körpüsındıran, Qurdlar, Canavarlar), Tovuz (Cırdaxan, Qaraboyunlar, Dəlləkli, Baqqallı, Göyəbaxan, Ağbaşlar), Gədəbəy (İnəkboğan, Arıqıran, Çalburun, Arıqdam, Səbətkeçməz), Cəlilabad (Başsız, Ətcələr, Lallar, Tülkülü), Zəngilan (Karqulu, Beşdəli,Yeməzli, Burunlu, Dəlləkli) və Sabirabad (Çığırğan, Çölbeşdəli, Çöldəllək, Yaxadəllək, Axtaçı, Ətcələr) rayonlarında nisbətən çoxdur. Güman ki, həmin rayonların insanlarının yumor fantaziyaları digərlərinkindən daha genişdir. Təbii ki bu bir zarafatdır, əslində, səslənməyindən asılı olmayaraq hər bir toponim tariximizin bir parçası və gələcəyə ötürülən informasiya kodlarıdır.

Ümumiyyətlə, ölkəmizdə yaşayış məskənlərinin sayı təxminən 4500-dür.  Toponimist alimlərimiz Y.Yusifov və S.Kərimov isə Azərbaycan ərazisində 20-yə qədər dilə mənsub coğrafi adların olmasına baxmayaraq, onların 70 faizinin Azərbaycan mənşəli olmasını qeyd edirlər. Bunun da  3-5 faizi dodaqlarımızı qaçırdırsa, bu, elə coğrafi adlarımızın duzudur, məzəsidir. Ona görə tələsmək lazım deyil, onları dəyişdirmək qərarını verməmişdən öncə min dəfə ölçmək və maksimum ehtiyatlı olmaq lazımdır. Duzsuz çox şeyin şit olduğunu bilirik, gəlin, toponimiyamızı da duzsuz etməyə səy göstərməyək.

Əslində, hər hansı toponimin bir qədər məzəli  qəbul edilməsində həm də müəyyən şərtilik var, bu da həmin adların istifadə tezliyi ilə əlaqədardır. Hazırda respublikamızda 70- ə yaxın şəhər və bir o qədər də rayon var və müasir elmi-texniki tərəqqi – radio, televiziya, internet sayəsində və çoxlu sayda qəzet-jurnallar vasitəsilə onların adlarını tez-tez eşidirik və sanki qulalarımız onlara öyrəşib.

Amma 40-50 il öncə Qax, Gədəbəy, Qusar,  Qazax, Culfa və s. şəhər və rayon adlarımız da digər bölgələrimizin əhalisi üçün qəribə səslənirdi. Onların adlarını dəyişmək yəqin ki, indi heç kimin ağlına gəlməz. Yəni, deməyim odur ki, kənd adlarını şəhər və rayon adlarımıza nisbətən az  eşitdiyimizdən belə təəsürat yaranır. Həmin kənddə yaşayanlar üçün isə bu normaldır və ciddi bir assosiyası doğurmur. Məsələn, bir neçə il əvvəl ANS televiziyasında bu mövzu ilə əlaqədar jurnalist Göyçayın Mırtı kəndinin sakinindən kəndin adının onlarda narahatlıq yaradıb-yaratmadığı haqda soruşanda, o da bu ada öyrəşdiklərini və heç bir sıxıntı keçirmədiklərini bildirmişdi.

Toponimlərimiz səslənməyindən, qulağayatımlığından asılı olmayaraq, hansısa məlum və ya naməlum tarixi hadisə, şəraitlə, adət-ənənəmizlə bağlı yaranıblar. Məsələn, Gədəbəyin İnəkboğan kəndi. Bu adı ilk dəfə oxuyan şəxs yəqin düşünər ki, kimsə, nə vaxtsa, o kənddə inək boğurmuş. Sonra da təəccüb edər ki, ayə, inəyi niyə kəsmirmiş, boğurmuş və fikirləşər ki, görəsən, həmin adam əjdaha imiş, yoxsa, div imiş? Daha sonra düşüncələrdən yorulub təklif edər ki, həmin adı mütləq dəyişdirmək lazımdır, çünki bu ad bizim müasir dünyagörüşümüzə uyğun gəlmir və s. və i.a. Amma təklif verməmişdən əvvəl o şəxs, toponimika üzrə müvafiq ədəbiyyata, o cümlədən dəyərli  alimlərimizin kollektiv əməyinin məhsulu olan fundamental kitaba – “Azərbaycan toponimləri. Ensiklopedik lüğət”ə baxsa görər ki, İnəkboğan kəndi öz adını oradan axan və Zəyəm çayının qolu olan eyni adlı çaydan götürmüşdür. Çaya ad isə onun keçmişdə daşqın zamanı bir naxırı aparması və inəklərin boğulması ilə əlaqədar olaraq verilmişdir. Y.Yusifov və S.Kərimov  “Toponimikanın əsasları”kitabında dedikləri kimi: “Coğrafi obyektə heç vaxt səbəbsiz  ad verilmir. Toponimlər şüurlu fəaliyyətin, ictimai-iqtisadi münasibətlərin nəticəsi kimi yaranan ictimai məhsuldur. Coğrafi adlar xalqın milli və mənəvi sərvətidir”.

İstənilən ölkənin toponimikasında məzəli yer adlarına rast gəlmək mümkündür. Yadımdadır, illər öncə “uzaq, yaşıl ada”da – Kuba Respublikasında uzunmüddətli xidməti ezamiyyətdə idim. Adanın şərqində yerləşən Fidel Kastronun anadan olduğu Olgin vilayətinə səfər zamanı Quardalavaka adlı məşhur çimərliyə də baş çəkdik. Üç il ərzində ispan dilini kifayət qədər yaxşı öyrəndiyimdən, olduğum yer adlarının mənaları ilə maraqlanırdım. Xaricilər üçün tələffüzü heç də asan olmayan Quardalavaka adı diqqətimi çəkdi: “quarda” ispanca “tut”, “saxla”, “qoru”, “la vaka” isə “inək” deməkdir. Mənası  təxminən “inəyi qoru” anlamına gələn, gözəl təbii landşafta malik bu yerə “niyə belə ad veriblər” sualıma cavab verən olmadı. Mənə və hətta, kubalı həmkarlarıma da məzəli görünən bu adın tarıxi şəraitlə bağlı olduğunu çox sonralar öyrəndim: sən demə, keçmiş zamanlarda həmin yerdə dəniz quldurları-piratlar sahilə çıxıb, kəndlilərin, fermerlərin mal-qarasını oğurlayırmışlar. Hakimiyyət nümayəndələri də xəbərdarlıq məqsədilə bir neçə  yerdə “İnəklərinizi qoruyun” lövhəsi yazıb asıblarmış. Deməli, Quardalavaka adı konkret  tarixi şəraitlə əlaqədar yaranmışdır,  Kuba tarixinin bir hissəsidir və məzəli səslənsə də kubalıların onu dəyişmək fikirləri yoxdur. İndi sual olunur: İnəkboğanın Quardalavakadan nəyi əskikdir?

Və sonda eşitməyənlər və bilməyənlər üçün: ölkəmizdə coğrafi adların verilməsi və dəyişdirilməsi qaydası 2007-ci ildə qəbul edilmiş “Coğrafi obyektlərin adları haqqında” Azərnaycan Respunlikasının Qanununun müvafiq maddələri ilə tənzimlənir. Qanunun 5.1-ci maddəsində deyilir: “Coğrafi obyektin mövcud adı müvafiq dövlət orqanlarının sənədlərinə, rəsmi kartoqrafiya, soraq nəşrlərinə və digər mənbələrə, müvafiq ərazilrin əhalisinin, habelə, mütəxəssislərin rəyinə əsaslanmaqla aydınlaşdırılır və bu qanunun 5.5.1-5.5.4-cü maddələrində nəzrdə tutulan hallar olduqda dəyişdirilir”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031