Ağdam rayonunda yazlıq əkin sahələri 7,1 faiz artıb
Ağdam rayonunda yazlıq əkin sahələri artıb.
Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov bildirib ki, torpaq mülkiyyətçiləri qısa müddətdə 1510 hektar sahədə yazlıq səpin həyata keçiriblər. Bunun 344 hektarı kartof, 609 hektarı tərəvəz, 557 hektarı təzə yoncadır. Yazlıq əkinlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 hektar və ya 7,1 faiz çoxdur. Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir.
Rayonda 99,5 hektar sahədə pambıq səpini üçün hazırlıq işləri görülüb. Bundan başqa, ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir.