Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB Lənkəran və Astarada görüşlər keçirib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin martın 7-də Lənkəran və Astara rayonlarında toplantısı keçirilib, qəsəbə və kəndlərdə yerli sakinlərlə görüşlər olub.

“Regional İnkişaf” İctimai Birliyinin Lənkəran şəhərində keçirilən iclasında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun ötən müddət ərzində gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun hər bir layihəsinin məqsədi xalqa xidmət göstərməkdir. Bu günədək “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 412 yeni məktəb inşa olunub. “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları üzrə paytaxt və regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Fondun vasitəsi ilə indiyədək 50 mindən artıq insanın həm ölkə daxilində, həm də xaricdə müayinə və müalicə olunduğunu deyən Anar Ələkbərov təkcə ötən il 152 uşaq üzərində ürək əməliyyatı aparıldığını deyib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yaradılan “Regional İnkişaf” İctimai Birliyinin  başlıca  məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Təşkilatın ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər görəcəyini deyən Anar Ələkbərov hər bir kəsi, xüsusilə gəncləri birliyin fəaliyyətində yaxından iştiraka dəvət edib. Bildirib ki, daxil olan kollegial müraciətlər İctimai Birliyin fəaliyyət isiqamətinə uyğun araşdırılacaq, lakin əsas məqsəd dövlət qurumları ilə, təşkilatlarla vətəndaşların arasında sıx əlaqənin yaradılması olacaq.

Daha sonra  çıxış edən  “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri barədə məlumat verib. Bildirib ki, yeni İctimai Birliyin fəaliyyəti ölkənin bütün regionlarını əhatə edəcək, əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilib həlli istiqamətində tədbirlər görüləcək. İctimai Birlik eyni zamanda regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə şərait yaradılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirməyi qarşıya məqsəd qoyub.

Bir sıra problemlərin vaxtında öz həllini tapmamasının səbəbinin aidiyyatı dövlət qurumları ilə vətəndaşlar arasında ünsiyyətin yaranmamasından irəli gəldiyi, “Regional İnkişaf” İctimai Birliyinin belə bir dialoqun yaranması, məsələlərin həlli üzrə fəaliyyət göstərəcəyi qeyd olunub. Fondun 12 illik fəaliyyətinin regionlarda daha da genişləndiriləcəyi bildirilib və bu baxımdan könüllərin təşkilat ətrafında birləşməsinin, “Regional İnkişaf” İctimai Birliyinin sosial şəbəkələrdəki səhifələrində fəal olmasının vacibliyi qeyd edilib. Qeyd olunub ki, təşkilatın cənub bölgəsi üzrə fəaliyyəti Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarını əhatə edək, regional mərkəz isə Lənkəran şəhərində fəaliyyət göstərəcək.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib ki,  “Regional İnkişaf” İctimai Birliyinin yaradılması insanların həyatında mühüm rol oynayacaq. O, rayonun ağsaqqal və gənclərini, bütövlükdə Lənkəran ictimaiyyətini  Birliyin fəaliyyətində yaxından iştirak etməyə, onları narahat edən və düşündürən problemlərlə bağlı təkliflər verməyə çağırıb. Tədbirdə çıxış edən rayon ağsaqqaları və gənclər Heydər Əliyev Fondunun bugünədək Lənkəranda  müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən, inşa edilən təhsil və səhiyyə müəssisələrindən, uşaq evləri barədə danışıblar. Diskussiya formasında keçən tədbirdə rayonda turizmin inkişafı, istedadlı gənclərə dəstək, autizm və bu kimi sosial məsələlər üzrə regionlarda bərpa mərkəzlərinin yaradılması, yeni iş yerlərinin açılması, erkən nikahlar, eləcə də ucqar kəndlərdə qız uşaqlarının təhsildən yayındırılması, kompüter texnologiyaları, regionlarda insan kapitalının formalaşdırılması və digər məsələlərlə bağlı təkliflər dinlənilib.

Daha sonra  Heydər Əliyev Fondunun nümayəndələri Lənkəran rayonunun Gərmətük qəsəbəsində və Astara rayonunun Siyakü kəndində sakinlərlə yerindəcə bir sıra təklifləri müzakirə ediblər. “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə edən sakinlər bu təşəbbüsə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, Fond mövcud problemlərin həlli və regionların inkişaf etdirilməsi üzrə bilavasitə yerlərdə sakinlərlə görüşlər keçirərək, onları dinləməklə həm də ümummilli lider Heydər Əliyevin ideyalarını yaşadır. “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, həmçinin Lənkəran şəhərində Osman Mirzəyev adına qarışıq tipli uşaq evində olublar. Heydər Əliyev Fondunun təhsil sahəsi üzrə layihəsi çərçivəsində bu uşaq evinin təmiri məsələsi müzakirə edilib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031