Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan darmadağın ediləcək, Qarabağ geri alınacaq…

Rusiya ilə Türkiyə arasında gərginlik müharibəyə qədər gedib çıxsa, bu zaman Azərbaycan da öz ərazilərini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlasa Ermənistanın aqibəti necə olacaq?

Virtualaz.org xəbər verir ki, Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin öz analizində bu suala cavab tapmağa çalışıb. Onun məqaləsini hərbi tematika üzrə ixtisaslaşmış VPK-News.ru (Voenno-promışlennıy kuryer) saytı dərc edib.

Ekspert “Suallarla dolu forpost” məqaləsində yazır ki, Ermənistan ordusu hazırda Cənubi Qafqaz respublikaları arasında ən az hərbi texnikaya malik bir ordusuna aiddir, işğal altındakı Qarabağda nə qədər hərbi texnikanın və canlı qüvvənin dislokasiya olunduğu haqda dəqiq məlumat yoxdur.

Xramçixinə görə Ermənistan hər tərəfdən düşmənlərlə əhatə olunub, faktiki blokada vəziyyətindədir və ancaq İranın dəstəyi ilə tam iqtisadi blokadada qalmayıb. Ermənistan KTMT-nin üzvü olsa da coğrafi mövqeyi və faktiki təcrid vəziyyətində olması səbəbindən blokun fəaliyyətində iştirakı məhduddur. KTMT ilə faktiki əlaqəsini Rusiyanın 102-ci bazası təmin edir.

Ekspert daha sonra Ermənistan ordusunun birləşmələrinin dislokasiya yerlərini və silahlanmasını nəzərə çatdırır. Ermənistanın quru qoşunları beş ordu korpusundan ibarətdir. 1-ci ordu korpusu Gorusda dislokasiya olunub, tərkibində 2-ci motoatıcı briqada yerləşir. Briqadanın bir hissəsi işğal olunmuş Azərbaycan ərazilərində-Qaraxanbəylidə dislokasiya olunub. Korpusun 522-ci briqadası Sisyanda, 539-cu briqadası Aqarakda yerləşir. Korpusa motoatıcı polk, tank, kəşfiyyat batalyonları da daxildir.

2-ci ordu korpusu isə 555-ci motoatıcı polkdan, tank, kəşfiyyat batalyonlarından və artdiviziyondan ibarətdir.

3-cü korpus Vanadzorda yerləşir, tərkibində 3-cü (Vanadzor), 246-cı (İcevan), 543-cü (Noyemberyan) və 549-cu (Çəmbərək) motoatıcı polkları, tank, rabitə, kəşfiyyat batalyonları, reaktiv artilleriya diviziyonu, artilleriya diviziyonu yer alır.

4-cü korpusun qərargahı Yexaqnadzordadır, 527-ci motoatıcı polk, özüyeriyən artilleriya diviziyonu, rabitə batalyonu bu korpusun tərkibindədir. 5-ci korpus Nubaraşendə dislokasiya olunub, 9-cu, 4-cü və 545-ci motoatıcı polklar bu korpusun tərkibindədir.

Ermənistan ordusunun 2-ci motoatıcı briqadası Laçın istiqamətində, 83-cü motoatıcı briqadası Daşkəsən istiqamətində, 538-ci motoatıcı polku isə Kəlbəcərdə, Ağdabanda dislokasiya olunub.

Ekspert Ermənistanın hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin üç aviabazadan, bir aviadəstədən, 96-cı zenit-raket briqadasından, iki zenit-raket polkundan ibarət olduğunu qeyd edir. Açıq mənbələrdən götürülmüş məlumatlara əsasən Ermənistanın hava qüvvələrinin silahlanmasında 15 Su-25, bir neçə hərbi-nəqliyyat təyyarəsi, 12 döyüş vertolyotu var. HHM qüvvələri 3 diviziyon S-300PT zenit-raket kompleksindən, 2 diviziyon S-300 PS zenit-raket kompleksindən, 1 diviziyon S-75 zenit-raket kompleksindən, 5 diviziyon S-125 kompleksindən və 3 divizyon “Kruq” zenit-raket kompleksindən ibarətdir.

Qarabağda yerləşdirilmiş qüvvələrin tərkibində isə dəqiq olmayan məlumatlara görə 140 T-72 tankı, 34 T-55 tankı, 250-yə yaxın BTR, BMP, 100-ə qədər top, tank əleyhinə raket komplksləri, “Osa”, “Strela” zenit-raket kompleksləri, digər silahlar var.

Xramçixinə görə, Ermənistan ordusunun və onun Qarabağda yerləşdirilmiş işğalçı birləşmələrinin cəmi canlı qüvvəsi və texnikası hələlik Azərbaycan ordusunun hücumuna müqavimət göstərməyə imkan verir. Lakin tendensiya Ermənistan üçün əlverişli deyil. Azərbaycanın iqtisadi göstəriciləri qat-qat yaxşıdır, sürətlə silahlanır və hazırda havada Ermənistan üzərində əzici üstünlüyə malikdir.

Ekspert Ermənistandakı 102-ci Rusiya bazasının da silahlanmasına nəzər salır. Qeyd edir ki, 102-ci bazanın Qarabağı müdafiə edəcəyi hələ fakt deyil, ancaq Türkiyə və ya Azərbaycan bilavasitə Ermənistan ərazisinə hücum etsə bu baza İrəvanın tərəfində döyüşəcək.

Xramçixin Türkiyə ilə Ermənistan arasında mümkün hərbi toqquşma ehtimalına nəzər salır. Bildirir ki, əgər Rusiya Türkiyəyə öz ərazisindən zərbə endirsə bilavasitə Türkiyə-Ermənistan sərhədində yerləşən 102-ci baza ön xəttdə qalacaq. Türkiyə bu bazaya hücum etsə Ermənistan da döyüşə girməli olacaq. Çünki hərbi əməliyyatlar bilavasitə onun ərazisində gedəcək. Əgər Türkiyə bu bazanı hədəf almasa o zaman İrəvan və Moskva üçün dilemma yaranacaq: 102-ci baza döyüşə qatılsın, ya yox.

Müəllif qeyd edir ki, 102-ci baza və Ermənistanın bütün ordusu bir yerdə Türkiyə ordusu ilə müqayisədə zəifdir. Əgər Türkiyə bu toqquşmada büütn arsenalını işə salsa Ermənistan üçün ciddi problem olacaq. Ermənistan bu halda üstəlik şimaldan daha güclü rəqib Azərbaycanla da qarşılaşacaq. “Bu zaman Ermənistanın hərbi baxımdan tamamilə darmadağın edilməsi, bütün ərazisinin işğal olunması və təbii ki, Qarabağın da birdəfəlik itirilməsi təhlükəsi meydana çıxacaq”-Xramçixin yazır.

Müəllifə görə digər tərəfdən Ermənistan Rusiyanın tərəfində Türkiyə ilə döyüşə girməklə əsl müttəfiq olduğunu sübut edəcək. Əgər bu müharibə Türkiyənin geri çəkilməsi ilə başa çatsa o zaman Ermənistan əsas təhdiddən ən azı bir müddət yaxa qurtaracaq. Belə vəziyyətdə Bakı da Qarabağ məsələsinn güc yoluyla həllinə risk etməyəcək. “Ona görə də mümkün Rusiya-Türkiyə hərbi qarşıdurması zamanı İrəvan üçün seçim olduqca mürəkkəb olacaq, ancaq bu seçimdən yaxa qurtarmaq da asan deyil”-Xramçixin qeyd edir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031