Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Rusiyanın Ermənistan tərəfindən münaqişəyə qoşulması qanuna ziddir”

“Azərbaycan Minsk qrupunun tam formatda fəaliyyətə keçməsi ideyasını dəstəkləyir”. 

Bu fikri ANS TV-nin “Hesabat” verilişində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov səsləndirib.

“Minsk qrupunun tam formatda fəaliyyətə keçməsi, məhz iclasların tam heyətdə keçirilməsi ilə beynəlxalq cəmiyyətin Ermənistana təzyiqinin artırılması üçün daha bir vasitə qazanmış oluruq”, – deyə, Araz Əzimov vurğulayıb.

Azərbaycan xarici işlər nazirinin müavinin fikrincə, Minsk qrupunun indiki formatında Ermənistan özünü daha rahat hiss edir: “Bütövlükdə benəlxalq ictimaiyyətə münaqişə haqqında daha az informasiya gedir, Ermənistana daha az təzyiq olur. Buna görə də bu şərait bizi qane etmir”.

Araz Əzimovun sözlərinə görə, Minsk qrupu çərçivəsində üç ölkə adından aparılan bu danışıqlar daha çox həmsədr ölkələrin məramlarına xidmət edir: “Hansısa mərhələdə Rusiya ilə ABŞ arasında münasibətlər korlananda və ya gərginləşəndə biz bunu Minsk prosesi çərçivəsində hiss edirik”.

Onun fikrincə, Minsk qrupunda Türkiyə, Almaniya və İsveçin fəaliyyətinin bərpa edilməsi daha təsirli olardı.

Araz Əzimov Rusiyanın Ermənistana silah yardımı etməsindən danışarkən Ermənistanla Rusiyanın hərbi-siyasi alyansının heç kimi təccübləndirmədiyini, iki ölkə arasında uzun müddətli müqavilənin olduğunu və bu müqavilə əsasında Rusiyanın Ermənistan ərazisində qoşun saxladığını, yeni-yeni silahlar gətirdiyini və öz nəzarəti altında saxladığını diqqətə çatdırıb.

Nazir müavini Rusiyanın Ermənistanın hava müdafiəsini təmin etdiyini və bu ölkənin sərhədlərinə nəzarət etdiyini önə çəkərək bildirib ki, “Ermənistan iqtisadiyyatının 70 faizi Rusiyaya mənsubdur”.

Onun sözlərinə görə, Rusiya Ermənistanı həm öz ərazisində, həm də Ermənistan ərazisində dəstəkləyir: “Lakin müharibə başlasa, Azərbaycan öz ərazisində müharibə aparacaq. Azərbaycan öz ərazisində özünü haqlı olaraq müdafiə edəcək və öz ərazi bütövlüyünü müdafiə etmək üçün addımlar atacaq. Belə olan halda hüquqi baxımdan Rusiyanın Ermənistan tərəfindən münaqişəyə qoşulması qanuna ziddir”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031