Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan – İntiharlar ölkəsi

Adətən Ermənistan barədə tənqidi hesabatlar dərc ediləndə bu ölkənin hakimiyyəti dərhal bunu qərəz və böhtan kimi qələmə verməyə çalışır.
Bu dəfə isə fərqli vəziyyət yaranıb. Özü də hesabatı təqdim edən hansısa bir müxalifət funksioneri deyil, yüksək vəzifəli dövlət məmurudur. Hesabatdan bəlli olur ki, yoxsulluq və miqrasiyanın sürətlə artdığı ölkədə sui-qəsd halları da kəskin şəkildə artmaqdadır. Onu da nəzərə almaq lazımdır ki, hesabatda real vəziyyəti əks etdirən faktlar xeyli azaldılıb.
Beləliklə, Ermənistan Fövqəladə Hallar Nazirliyinin Böhran İdarəetmə Milli Mərkəzinin statistik məlumatı ölkədə şok effekti doğurub. Erməni nəşrləri yazır ki, bu hesabatdan sonra prezident Serj Sarkisyan qurum rəhbərliyinə əməlli qulaqburması verib. Çünki hesabata əsasən, 2015-ci ildə ölkədə intiharların sayının artması müşahidə olunub. “2014-cü illə müqayisədə 2015-ci ildə qeydə alınan intihar hallarının sayı artıb” – deyə mərkəzin rəisi Hovannes Xangeldyan Yerevandakı tədbirlərdən birində bəyan edib. “2015-ci ildə 195 intihar halı və 557 özünəqəsd cəhdi qeydə alınıb. Əksər hallarda (133 nəfər) intihar edənlər özlərini asıb, 31 nəfər özünü yüksəklikdən yerə atmaqla həyatı ilə vidalaşıb” – deyə mərkəzin rəisi açıqlayıb. Ötən ildən Yerevanda fəaliyyətə başlamış İntihar hallarının araşdırılması və aradan qaldırılması üzrə Mərkəzin rəhbəri Lilit Baqdasaryanın sözlərinə görə, özünəqəsdin əsas səbəbləri psixoloji, sosial, sosial-iqtisadi problemlərlə bağlıdır.
Ekspert bu hallardan başqa, risk qrupuna ağır xroniki və müalicə olunmayan xəstəliklərdən əziyyət çəkən insanların da daxil olduğunu bildirir. Bu qəbildən olan insanlar “depressiya halına düşür və məhz bu zaman onların psixoloji yardıma ehtiyacı olur” – deyə o bildirib. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, yaş baxımından əsas intihar risk qrupunu 30-65 yaşlılar təşkil edir. O da qeyd edilir ki, Ermənistanda ən ağır yük altında qalan gənclərdir. Ermənistan hakimiyyətinin ağızdolusu dediyi “Erməni gəncləri ölkənin qarantıdır” sözlərini isə ekspertlər puç hesab edirlər. Erməni həkim və psixoloqları artıq vəziyyətin dözülməz şəkil aldığını bəyan edirlər. Onlar bildiriblər ki, sosial-iqtisadi problemlərin içində batan erməni gənclərinin bir qismi dəlilik həddinə çatıb və psixoloji problemlər içində boğulurlar. Bu səbəbdən də intihara əl atırlar. Onların sözlərinə görə, bununla yanaşı, erməni gəncləri arasında dəlilik əlamətlərinin artması halları 2015-ci ildə 20 faiz artıb. Ermənistan ordusundakı vəziyyət də dözülməz səviyyədədir. Erməni ordusunda intiharlar, əsgərlərin öz aralarındakı münaqişələr, ölüm halları mütəmadi xarakter alıb. Bunun nəticəsi olaraq ölkənin içində baş qaldırmış ciddi narazılıq isə hökumət üçün başağrısına çevrilib. Vəziyyətin belə ağırlaşdığını görən S. Sarkisyan hökuməti isə ictimaiyyəti sakitləşdirmək üçün yalan maşınını işə salıb. Hökumətə yaxın QHT və təşkilatların əliylə həyata keçirilən bu prosesin mərkəzində isə ordudakı ölüm hallarının gizlədilməsi və rəqəmlərin kiçildilməsi dayanır. Belə ki, həmin təşkilatların iddiasına görə, guya erməni ordusunda intihar hallarının sayı azalmağa başlayıb. Lakin erməni mətbuatı hökumətin yalanını üzə çıxaran faktları ortalığa qoyduqdan sonra rəsmi qurumlar susmağa məcbur olublar. Qəzetlərin yaydığı məlumatlarda isə vurğulanır ki, Ermənistan ordusunda intihar edən əsgərlərin sayı ötən il 100-ə çatıb. Onların bildirdiyinə görə, əsgərlərin intihara əl atmasının başlıca səbəbi zabitlərin onlarla vəhşi kimi davranması və ordudakı təminatın çox aşağı olmasıdır.(azadinform)
Ümumiyyətlə, son illər Ermənistanda intihar hadisələrinin artması bu ölkənin kütləvi informasiya vasitələrinin bəhs etdiyi əsas mövzulardan hesab edilir. Məsələn, Fransadakı erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalının nömrələrindən birində müstəqil erməni jurnalisti Marianna Qriqoryanın “Ermənistan: intihar faizi artır” sərlövhəli məqaləsi hələ də Ermənistanda müzakirə mövzusudur. Bu məqalə Ermənistanın xaricdəki imicinə ciddi zərbə vurub. Ermənistan Milli Statistika Xidmətinin məlumatına istinad edilən məqalədə bildirilib ki, iqtisadi tənəzzülün getdikcə dərinləşdiyi və acınacaqlı vəziyyətin yarandığı bu ölkədə özlərinə qəsd edənlərin əksəriyyəti intihar üçün paytaxt Yerevanın mərkəzində yerləşən 62 metr hündürlükdəki Kiyev körpüsünü seçir. Erməni ekspertləri son 10 ildə intihar hallarının sürətlə artmasını ölkə iqtisadiyyatının tənəzzülə uğraması, məmurların özbaşınalığı, dövlət rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə əhalisinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması ilə əlaqələndiriblər.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031