“Ermənilərə giriş qadağandır” dediyi üçün tənqid olundu
Publika.az-da gedən “Ermənilərə giriş qadağandır” başlıqlı müsahibə sosial şəbəkədə böyük müzakirəyə səbəb olub. Müsahibə verən şəxs irqçilikdə günahlandırılıb. Onun fikirlərinin doğru olmadığnı, mövqeyinin yanlış olduğunu deyiblər.
Müsahibimiz – Londonda klub açan tanınmış kikboksçu Hafiz Baxşəliyev isə müsahibə haqda gənclərdən gələn iradlara cavab verib. İdmançı isə sözünün arxasında olduğunu deyib və öz məsləhətini də verib:
“Dostlar “Ermənilərə giriş qadağandır” başlıqlı müsahibəmə olan rəyləri oxuyuram. Bəzi gənc azərbaycanlılar fikrimin səhv olduğu, irqçilik etdiyim, demokratik ölkədə mövqeyimin yanlış olduğu qənaətindədirlər. Mən sözümün arxasındayam! Bizim ətrafımızda kifayət qədər millətini, bayrağını sevən gənclərimiz var. Bizim səhv olduğumuzu deyən gəncləri isə öz cərgəmizə dəvət edir, vətənpərvərliyi, ermənilərin bizə törətdiyi müsibətləri, Qarabağı tanımağı digər gənc dostlarımızdan öyrənməyi məsləhət görürəm. Əgər buna da razı deyillərsə, özlərinə azərbaycanlı deməsinlər. Yoxsa onlara da klubumuza giriş qadağan olar!”