Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Xan qızı Natəvanın ömrünün sonuna yaxın miras istəyi

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində XIX əsrin tanınmış şairi Xurşidbanu Natəvanla ilgili bir çox materiallar saxlanılır. Materialların çoxu Zaqafqaziya Şiə İdarəsinə aid 290 nömrəli fondda toplanıb.  Tərtibinə 1890 -cı ilin  martın 21-də başlanmış rus dilində yazılmış sənədlər toplusu yeddi  vərəqdən ibarətdir. Həmin sənədlər  şairin tərcümeyi -halını dərindən öyrənmək baxımından çox maraqlıdır. Sənədlər toplusunun başlığı  onun məzmunundan xəbər verir:

( По прошению жителья  гор.Шуши  Хуршуд Бану  Бегума дочери  покойного генерал – майора  Мехти Кули хана  и выдать ей свидительство  и ее родстве  с бездетно  умершим Давид ханом  Агаларовым Джеваншир).

Şuşa şəhərinin sakini mərhum general-mayor  Mehdiqulu xanın qızı  Xurşid Banu Bəyimə    onun sonsuz mərhum David xan  Ağalarov Cavanşirlə qohumluğunu  təsdiq  edən  şəhadətnamə  verilməsi haqqında”.

( По прошению жителья  гор.Шуши  Хуршуд Бану  Бегума дочери  покойного генерал – майора  Мехти Кули хана  и выдать ей свидительство  и ее родстве  с бездетно  умершим Давид ханом  Агаларовым Джеваншир)

Materiallardan aydın olur ki,Tiflisdə Cavanşirlər nəslindən David xan Ağalarov Cavanşir vəfat edib.
Cavanşirlər nəslindən bir neçə adam özünü David xanın birbaşa  qohumu hesab edir,  varissiz ölən David xanın  mirasına sahib olmaq fikrinə düşür.
David xanla qohumluğunu təsdiq etmək üçün Xurşid Banu Bəyim daha diribaş  tərpənir, Zaqafqaziya Şiə Ruhani İdarəsinin Sədrinə –  şuşalı şeyxülislam  Axund Mirzə Həsən Tahirova müraciət edir.
Yeri gəlmişkən deyək ki, Mirzə Həsən Tahirovun  (1837-1893)  ulu babaları əslən Güney Azərbaycanın Sərab vilayətindəndir. Bu nəslin  törəmələri  sonralar Arazın bu tayına köçmüş, Şuşa  şəhərində, Kəngərli və Qapanlı kəndlərində məskunlaşıblar.
Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə Tahiroğlular kimi tanınan  şəcərənin Məhəmmədtahir soyundandır. O, Xurşidbanu Natəvandan 5 yaş kiçikdir. Çox güman ki, Həsənlə Natəvan uşaqlıq illərindəm bir-birini yaxşı tanıyıblar.

Mirzə Həsən bəy Tahirov haqqında oxucular üçün maraqlı ola biləcək bir faktı da xatırlatmaq istəyirəm.
Axund Mirzə Həsən bəy Tahirov Təbrizdəki məşhur “Talibiyyə” mədrəsəsinin ( mədrəsə -burada ali dini təhsil ocağı mənasındadır-N.N.)  məzunudur.

O, 1878-ci il oktyabrın 25-dən  1879-cu il mayın 4-dək Sankt Peterburq Universitetinin şərq fakültəsində  fars dili  müəllimi işləyib. Onu bu vəzifəyə universitetin rektoru Andrey Nikolayeviç Beketov (1825-1902) dəvət etmişdi.

A.N.Beketov  azərbaycanlılara yaxşı münasibət bəsləyən ziyalılardan idi.  O, 1849-cu ildə Kazan Universitetini bitirəndən sonra  bir neçə il Tiflis Gimnaziyasında  botanika müəllimi işləyib.

A.N.Beketovun Mirzə Kazım bəy, Həsən bəy Məlikov(Zərdabi), Mirzə Həsən bəy Tahirov, şeyxülislam Axund Fazil İrəvani ilə işgüzar münasibətləri araşdırılmalıdır. Bu araşdırmalar bir çox nəsnələri aydınlaşdıra bilər.
Bu kiçik lazımi  mövzu yayınlanmalarından sonra Natəvan mövzusuna qayıdırıq.

Beləliklə,  Xan qızı Xurşid Banu Bəyimi, onun əslini, nəslini yaxından tanıyan  şuşalı  şeyxülislam tərəddüd etmədən  lazım olan  sənədləri cəmi altı günün ərzində hazırlayıb, ərizəçiyə çatdırır.

Sənədləri Şeyxülislamla yanaşı, Ruhani İdarəsinin üzvləri  – Axund Molla Mustafa Talıbzadə   (görkəmli pedaqoq, yazıçı  Abdulla Şaiqin atası-N.N.)   və   Axund Hacı Məmmədhəsən Mollazadə imzalayıb.

Sənədlər Cavanşirlər nəslinin ailə şəcərəsini öyrənmək baxımından  çox əhəmiyyətlidir.  Xurşid Banu Bəyim mərhum general -leytenant İbrahim xanın oğlu mərhum general -mayor   Mehdiqulu xanın doğma və qanuni qızıdır. Xurşid Banu Bəyimin anası  –   Bədircahan Bəyim Uğurlu xan qızı Ziyadxanovadır. General Mehdiqulu xan  general-leytenant  İbrahim xan Cavanşirin oğlu  mərhum Əhməd xanın  yeganə qardaşıdır.   Əhməd xanın oğlu general -leytenant Həsən bəy Ağalarovdur. David xan general-leytenant  Həsən bəy Ağalarovun oğludur.

Şəhadətnamə 1890-cı il martın 27-də imzalanıb.

***

…Həmişə ucalıqda olan, qocalığında kasıb həyat tərzi keçirən, “taqəti dizdən gedən”, “gözünün nuru tökülən “Xan qızı  Natəvanın ölümünə hələ  yeddi il qalırdı..
Natəvan ona heç də baş ucalığı gətirməyən miras davasına qoşulmuşdu.
Bu davada kim qazandı, kim uddu bilinmir.

… Qaranlığa və alatoranlığa işıq  sala biləcək arxiv sənədlərinin axtarışç davam edir..

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü,
“Ən yaxşi müəllim” müsabiqəsinin qalibi,
TQDK-nın Azərbaycan dili fənni üzrə  eksperti.

 Bakı,
01.09.2012-06.03.2016.

 s1s2

2 Comments »

üçün 2 cavab

  1. ibrahim dedi ki:

    Məqalə ədəbi irsimizi öyrənmək baxımından təqdirəlayiqdir.Amma bu qədər elmı titulu olan dilçi alimin məqalədə türk sozlərindən istifadə etməsi təəssüf doğurur.Birinci cümlədə ilgili sözü bağlı sözu ilə əvəzlənsə cümlə daha dolğun və yatımlı olardı.

  2. Təşəkkür edirəm.

    Hörmətlə,
    Nazim müəllim.

    10.03.2016. saat 15:17

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031