Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya hansı Xəzəryanı ölkəyə desant çıxarmağa hazırlaşır?

Rusiyalı bloqer Andrey Şipilov sensasion hadisəyə diqqəti cəlb edib. virtualaz.org xəbər verir ki, Şipilov bu günlərdə Rusiya telekanallarından birinin süjetində yer alan və çoxlarının nəzərindən qaçan faktdan bəhs edir.

Həmin süjetdə Xəzər dənizinə hava yastığı üzərində yerləşən “Murena” desant gəmilərinin göndərilməsindən bəhs edilirdi və qeyd olunurdu ki, bu gəmilər Xəzər regionunda gərəklidir.

Şipilov yazır ki, “Murena” desant gəmilərinin maraqlı xarakteristikası var. Bu gəmilər düşmənin sahilyanı ərazilərinin ələ keçirilməsi üçün nəzərdə tutulub. Göyərtəsində 140 desantçı, bir tank və iki BTR daşıya bilir.

Gəmi hava yastığı üzərində birbaşa sahilə, quruya çıxa bilir və eyni vaxtda onun göyərtəsindən desant qüvvələri və hərbi texnika da sahilə çıxır, dərhal döyüşə girir. Bununla bərabər gəminin mükəmməl Hava Hücumundan Müdafiə sistemi var, bu sistemin sayəsində “Murena” sahilə çıxarılan desantı havadan müdafiə edir, gəminin təchiz olunduğu artilleriya isə düşmənin sahildəki müqavimət ocaqlarını zərərsizləşdirir.

“Texnikanın təyinatı müstəsna olaraq hücumdur. O, ərazilərin zəbt olunması üçün nəzərdə tutulub. Və sual yaranır, bu gəmi Xəzər regionunda hansı səbəblərdən zəruridir? Xəzər dənizinin suları Rusiyadan başqa Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın sahillərini yuyur. Çox güman ki, Rusiya Türkiyənin dostu olan Azərbaycana hücum etməyə hazırlaşır”-Andrey Şipilov öz qənaətini irəli sürərək yazır.

İnternet mənbələrində yer alan məlumatlara əsasən “Murena” sürətli desant gəmiləri sovet dövründə istehsal olunub, daha sonra təkmilləşdirilib. Müasir naviqasiya və atəşin idarə edilməsi sistemləri ilə təchiz edilib.

Martın 1-dən etibarən Rusiya Xəzərdə növbəti irimiqyaslı hərbi manevrlərə başlayıb. Bu manevrlərdə 50-yə yaxın hərbi gəmi iştirak edir. Manevrlərdə qanadlı raketlərlə quru, dəniz və hava hədəflərinə zərbələrin endirilməsi sınaqdan keçiriləcək. Analitiklər hesab edir ki, bu təlimlər Səudiyyə Ərəbistanı, Türkiyə və müttəfiqlərinin Suriyaya mümkün quru müdaxiləsinə hazırlıqdır. Lakin Suriya Xəzər dənizinin sahilində yerləşmir və qanadlı raketlərlə məşqi Suriya ətrafındakı situasiya ilə əsaslandırmaq mümkün olsa belə quruya desant çıxarmaq üçün nəzərdə tutulan gəmilərin Xəzərə göndərilməsi doğrudan da ciddi suallar doğurur…

Virtualaz.org araşdırıb ki, “Murena” desant gəmilərinin Xəzərdə yerləşdiriləcəyinə dair süjeti Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı yayıb. Bir neçə gün əvvəl efirə gedən süjetdə deyilir ki, gələn ildən Xəzər donanmasının tərkibinə “Murena” desant gəmiləri də daxil olacaq. “Ekspertlərin sözlərinə görə, Xəzər donanmasının fəaliyyət göstərdiyi regionda desant gəmiləri olduqca vacibdir. Çünki tank-desant gəmiləri nəinki hərbi münaqişə zonasına desant qüvvələri və hərbi texnika çıxara bilir, eyni zamanda ona göyərtəsindəki güclü silahlarla atəş dəstəyi verir”-telekanal bildirir.


Süjetdə daha sonra qeyd olunur ki, Xəzər donanmasının hərbi potensialı ilbəil gücləndirilir. Hazırda donanmanın gəmilərinin 80 faizi yeni gəmilərdən ibarətdir. Donanmanın komandanı, kontr-admiral İqor Osipov 2020-ci ilə qədər gəmilərin 90 faizinin yenilənəcəyini deyib.

Hərbi ekspert Aleksandr Mozqovoy isə deyib ki, Xəzər donanmasının “Morena” desant gəmiləri ilə gücləndirilməsinə tutarlı əsaslar var. “Məsələ ondadır ki, region olduqca gərgindir. Orada bizim terrorçu qruplaşmaların tez-tez peyda olduğu Şimali Qafqaz respublikaları da var, yaxınlıqda yerləşən dövlətlər də”-Mozqovoy deyib.

Ekspertin bildirdiyinə görə, “Murena” desant gəmiləri Xəzər dənizi kimi məhdud su hövzələrində tətbiq olunmaq üçün çox əlverişlidir. Gəmi saatda 100 kilometr sürətlə hərəkət edir və yüksək sürəti sayəsində qısa müddət ərzində təyin olunmuş rayona çataraq desant qüvvələrini sahilə çıxarır, habelə ona güclü atəş dəstəyi verir.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031