Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Bütün dünyanı qısqandıran Azərbaycan

Bakıya rəsmi səfəri bu gün başa çatmış Macarıstan baş naziri Viktor Orban müstəqillik dövrünün ilk illərdən çıxılmaz vəziyyətə düşmüş Azərbaycanın dünyada hamını qısqandıra biləcək inkişaf yolu keçdiyini söyləyib.

“Azərbaycan demək olar ki, çıxılmaz bir vəziyyətdən inkişaf etməyə başladı. Hətta deyərdim ki, bütün dünyada hamı buna qısqanclıqla yanaşırdı”

ANS PRESS-in məlumatına görə, bu gün martın 6-da Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edən Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, 1990-cı ildən bəri Macarıstan parlamentinin üzvü olduğuna görə, 1990-1991-ci illərdə və sonrakı illərdə Azərbaycandakı vəziyyətlə yaxından tanış olub.

“Mən yenidən Sizin ölkənizə səfər edərkən gördüm ki, hərtərəfli inkişaf təmin edilir. Tarixi kitablarda bu haqda nə vaxtsa yazsalar, bu dövrü məhz xüsusi inkişaf dövrü kimi təsvir edəcəklər. Çünki Azərbaycan demək olar ki, çıxılmaz bir vəziyyətdən inkişaf etməyə başladı. Hətta deyərdim ki, bütün dünyada hamı buna qısqanclıqla yanaşırdı”,- deyə Macarıstan baş naziri vurğulayıb.

Macarıstanın baş naziri Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban

Onun sözlərinə görə, bu nailiyyətlər üçün çox vaxt tələb olunur və bu uğurlarda xalqın dəstəyi, həmçinin digər amillər mühüm rol oynayır: “Lakin bu halda, təbii ki, liderlərə böyük ehtiyac duyulur. Həmin liderlər ölkəni xüsusi bir yolla irəliyə doğru aparırlar”.

“Dünyada uğurları hər zaman belə asancasına etiraf etmirlər. Burada bir çox səbəblər ola bilər”.

Viktor Orban bildirib ki, Azərbaycanın nəhəng inkişaf  nəhəng inkişaf templəri var və bu, Azərbaycanın, ümumiyyətlə, Azərbaycanda rəhbər şəxslərin, xalqın böyük səyləri nəticəsində baş verir: “Lakin dünyada uğurları hər zaman belə asancasına etiraf etmirlər. Burada bir çox səbəblər ola bilər. Yorulmaz fəaliyyət və uğur özünü gec və ya tez büruzə verir. Mən bunu Azərbaycanda görürəm”.

Macarıstan baş naziri son 2-3 il ərzində Azərbaycanın mövqeləri, çəkisi gözəçarpan dərəcədə artdığını vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı perspektivindən Azərbaycana baxdıqda sabit, uğurlu inkişafını təmin etmiş ölkə görürünür: “Bu da Şərq ilə Qərb arasında uzunmüddətli əməkdaşlığa verdiyiniz töhfənizlə bağlıdır. Biz elə bir ölkə görürük ki, onun çox zəngin milli mənəvi ənənələri var. Bununla belə, bu ölkə, eyni zamanda, Avropa dəyərlərinin xüsusi elementlərini də nəzərdən keçirir. Bu, əvəzedilməz bir zənginlikdir. Məhz bu səbəblərə görə son 2-3 il ərzində ölkənizin nüfuzu artıb”.

Viktor Orban və İlham Əliyev mətbuata bəyanatla çıxış edirlər

Viktor Orban və İlham Əliyev mətbuata bəyanatla çıxış edirlər

Macarıstanın Baş naziri Viktor Orban martın 5-də Azərbaycana rəsmi səfərə gəlib. Onun bu gün Azərbaycan prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək daha sonra geniş tərkibdə görüşü olub.

Bu gün həmçinin baş nazirin səfəri çərçivəsində Bakıda Azərbaycan-Macarıstan biznes-forumu keçirilib.

Azərbaycan  baş naziri Artur Rasizadə və Macarıstanın baş naziri Viktor Orban arasındakı  görüş  zamanı ölkələr arasında iqtisadi, investisiya yatırımı, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Sonra sənədlər imzalanıb. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Macarıstanın milli iqtisadiyyat naziri Mihali Varqa imzalayıblar.

“Azərbaycan RespublikasınınRabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Yüksək Texnologiyalar Ekosistemi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.

“Macarıstanın Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu”nu Semmelveis Universitetinin rektoru Aqostan Szel və Azərbaycan Tibb Universitetinin rektor əvəzi Sabir Əliyev imzalayıblar. “Lənkəran Dövlət Universiteti və Kapoşvar Universiteti arasında Anlaşma Memorandumu”nu bu ali məktəblərin rektorları Asəf İsgəndərov və Ferents Savai imzalayıblar.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031