Xocalı qətliamını törədən ermənidən etiraf: “Meyitləri benzinlə dəyişirdik”
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc azərbaycanlıların qətli ilə nəticələnən əməliyyatın iştirakçılarından olan Valeri Balayan Qarabağda yerli jurnalistlərə əməliyyatın planlaşdırılması və gedişatı ilə bağlı bəzi məqamlar açıqlayıb.
Ermənistan KİV-i xəbər verir ki, 1992-ci il fevralın 13-də Malıbəyli kəndinin işğal əməliyyatına rəhbərlik etmiş Balayan 26 fevral gecəsi Xocalıya hücumda da aktiv iştirak edib. 1992-ci ildə o, separatçı “Dağlıq Qarabağ Respublikası parlamentinin müdafiə komitəsinin sədri” səlahiyyətlərini də icra edib.
Balayan Xocalıya hücumun 24 fevralda planlaşdırıldığını lakin güclü qar yağması səbəbindən bunun iki gün təxirə salındığını deyib.
“Əvvəlcə biz əməliyyatı fevralın 24-ü gecəyə planlaşdırmışdıq. Lakin qar yağdı və plan təxirə salındı. Fevralın 23-ü axşam azərbaycanlılar Şuşadan Xankəndinə güclü raket zərbələri endirərək, əməliyyatın hazırlanması barədə xəbərlərinin olduğun göstərdilər. Mən Xocalıda bizimlə sona qədər atışan hərbi dəstələrdən birinə ehtiramımı bildirmək istəyirəm – onlar evlərdən birinə sığınaraq bütün günü və gecəni bizimlə atışdılar və sonra döyüşə-döyüşə qəsəbədən çıxdılar”.
Valeri Balayan öldürülən Xocalı sakinlərinin cəsədlərinin benzin qarşlığında Azərbaycan tərəfinə təhvil verildiyini də etiraf edib.
“İstənilən müharibə zamanı dinc sakinlər həlak olur. Bəli, biz tez-tez cəsədləri benizlə dəyişirdik. Nə olun ki? Bu amansız müharibə idi, nəqliyyat blokadası, qış və soyuq… Qarabağ erməniləri yanacağa ciddi ehtiyac duyurudular”.
Amma Valeri Balayan Xocalıda çoxlu dinc sakini qətlə yetirdiklərini boynuna almayaraq, deyib ki, guya orada az sayda mülki şəxs öldürülüb:
“Ölənlər əsasən hərbçilər idi. Məhz onların cəsədlərini benzin qarşlığında qaytarırdıq”.
Balayan iki istiqamətdə humanitar dəhlizin olduğunu deyib.
“İki dəhliz var idi: birincisi Əsgəranla Naxçivanik kəndi arasında, ikinci yol isə Abdal və Gülablı kəndləri istiqamətində idi. İkinci yolla gedənlər sakit və maneəsiz əks tərəfə keçə biliblər. Birinci yolla gedənlər isə nəyəsə görə yolda güllələniblər. Bunu kimin törətməsi barədə çox ehtimal söyləmək olar, ola bilsin bizim tərəfdən olan qansızlar törədib. Əslində heç kim orada əslində nəyin baş verdiyini əminliklə deyə bilməz”.