SSRİ xalq artisti, milliyətcə erməni Armen Ciqarxanyan xəstəxanaya yerləşdirilib
Rusiyanın və SSRİ-nin məşhur kino və teatr aktyoru, teatrşunas, SSRİ xalq artisti, milliyətcə erməni Armen Ciqarxanyan xəstəxanaya yerləşdirilib. Modern.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, A.Ciqarxanyan təcili tibbi yardım maşını ilə Sklifosovk İnstituna aparılaraq, orada yerləşdirilib. Qeyd edilib ki, o, hələ fevralın əvvəlində qripə görə xəstəxanaya aparılmışdı.
80 yaşlı aktyor fevralın sonunda 3-cü dəfə evlənib.