İran qızları: mini geyinəni də var, siqaret çəkəni, “Kalaşnikov” gəzdirəni də…
İranda prezident Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra mühafizəkarların mövqeləri cəmiyyətdə xeyli zəifləyib. Tehranla Qərb arasında münasibətlər istiləşib, fevralın 26-da keçirilən parlament seçkilərində islahatçılar qalib gəlib. Bütün bunlar İran cəmiyyətində liberallaşmaya və müasirliyə böyük tələbatın olduğunu göstərir.
İndi İran küçələrində başı açıq, yaxud tam örtünməyən qızları, sosial şəbəkələrdə isə daha açıq-saçıq geyimdə əylənən yerdə çəkilmiş fotoarı daha tez-tez görmək olar. Baxmayaraq ki, sərt şəriət qaydalarını heç kim ləğv etməyib və İran islam respublikası olaraq qalır.
Virtualaz.org xəbər verir ki, lenta.ru portalı iranlı fotoqraf Hüseyn Fateminin çəkdiyi kadrlar əsasında qonşu ölkədən mənzərələri dərc edib. Həmin fotoları təqdim edirik.
İranlı tələbə qız. Tatu bu ölkədə qadağan olunsa da, hamını bu işdən saxlaya bilmir.
16 uşağın qatilinin edamı. Səhra vampiri kimi məşhur olan Məhəmməd Bice 16 oğlan uşağının zorlanması və öldürülməsinə görə 100 şallaq və edam cəzasına məhkum edilib. Onun edamını izləyən kütlə ip çəkilən zaman bunu alqışlamışdı.
İranda qadınlara ictimai yerlərdə siqaret çəkmək qadağandır, lakin bu qayda da tez-tez pozulur.
Digər ölkələrdəki yaşıdları kimi, bir çox iranlı yeniyetmələr breyk-dansla maraqlanırlar.
Parada hazırlanmış qadın-bəsiclər və AK-47. «Bəsic» – hökumət tərəfdarı olan hərbiləşdirilmiş könüllülər dəstəsidir. Bu hərəkat 1979-cu ilin noyabrında İslam inqilabının lideri ayətullah Xomeyni tərəfindən yaradılıb.
Gənc adam Tehranın Şiraz parkında gitara çalır.
Əməliyyatdan sonra burnu sarğılı qız. İran rinoplastika əməliyyatları üzrə dünya lideridir. Hər il İslam Respublikasında burnun formasının dəyişdirilməsi məqsədilə 200 min əməliyyat həyata keçirilir.
Şirazda idman zalı. Qanuna görə, kişilər və qadınlar idmanla müxtəlif məkanlarda məşğul olmalıdırlar.
İnsanın dostu. İslamda it natəmiz heyvan sayılır və buna görə də, onları evdə saxlamaq qadağandır. Dördayaqlıların sahibləri ictimai yerlərdə itləri ilə birlikdə görünməməyə çalışırlar ki, polisin diqqətini cəlb etməsinlər.
Gənclər Tehrandakı hovuzda əylənir və içki içirlər.
Qadın alt paltarı mağazasında.
Fotosessiya zamanı model.
Eyvanda siqaret fasiləsi. Evdə iranlı qadınlar sərbəst ola bilərlər: siqaret çəkməyi, çiyinləri açıq geyimdə və başı açıq gəzməyi heç kim qadağan etmir.
Tehranın damı kimi məşhur olan seyr meydançasında sevgili cütlük.
Hərənin öz aləmi.
Qadın gözəllik salonlarına kişilərin daxil olması qadağandır.
Gənclər küçədə söhbət edərkən.
Gizli rok-konsert.
Kişi klubunda qadınlar bilyard oynayarkən. Halbuki, bu məkana qadınların girişi, qaydalara görə, qadağandır.
İçkili qızlar əylənirkən. Qan qohumu, yaxud ər-arvad olmayan kişi və qadınlar bir-birlərinin yanında ola bilməzlər, içki içmək isə ümumiyyətlə qadağandır. Buna baxmayaraq, həmin qaydaların pozulduğu əyləncə gecələri müasir İranda nadir hadisə deyil.
Fahişə və onun müştərisi.