Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Şotlandiya Xocalı soyqırımını tanımağa bir az da yaxınlaşdı

Xocalı Soyqırımının 24-cü ildönümü çərçivəsində həyata keçirilmiş diplomatik səylər nəticəsində Böyük Britaniya Parlamentində ayrı-ayrılıqda “Early Day Motion” (EDM) adlı iki qanunvericilik təşəbbüsü irəli sürülüb.

Parlamentin Azərbaycan Qrupunun sədri Bob Blekmen tərəfindən irəli sürülmüş təşəbbüsdə Xocalı soyqırımının 24-cü ildönümünü qeyd edən Azərbaycan xalqının kədərinə şərik olunduğu bildirilib, Böyük Britaniya hökumətinə Ermənistan və Azərbaycan arasındakı münaqişənin beynəlxalq təşkilatların qətnamələri, xüsusilə də BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında sülh yolu ilə həlli istiqamətində daha fəal rol oynamağa çağırış edilib. Həmçinin, Şotlandiya Milli Partiyasının parlamentdə təmsil olunan üzvü Petrik Qreydi tərəfindən Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar ayrıca qanunvericilik təşəbbüsü irəli sürülüb (http://www.parliament.uk/edm/2015-16/1149 ).

Şotlandiyadakı azərbaycanlı icması ilə birgə əlaqələndirilmiş şəkildə 1 mart tarixində Şotlandiya regional parlamentində də Xocalı soyqırımına dair qanunvericilik təşəbbüsü irəli sürülüb (http://www.scottish.parliament.uk/parliamentarybusiness/28877.aspx?SearchType=Advance&ReferenceNumbers=S4M-15784&ResultsPerPage=10 ). Şotlandiya Millətçi Partiyasının millət vəkili Sandra Vayt (Sandra White) tərəfindən irəli sürülmüş təşəbbüsdə Xocalı soyqırımı zamanı həlak olanların ailələrinə başsağlığı verilmiş, Ermənistan qoşunlarına Azərbaycan ərazilərini işğalına son qoymağa çağıran BMT TŞ-nin qətnamələrinin yerinə yetirilmədiyi qeyd edilmiş, son vaxtlar Ermənistan və Azərbaycan arasında gərginliyin artmasından narahatlıq ifadə edilmiş və bu faciənin ildönümünə diqqət çəkməklə uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə davamlı həllinin tapılmasına yönəlmiş beynəlxalq səylərin artırılacağına dair ümid ifadə olunub.

Şotlandiyada Xocalı soyqırımının tanınmasında böyük rol oynayan siyasətçi Fuad Ələkbərovun  bildirdiyinə görə, “Xocalı soyqırımının Şotlandiya parlamentində tanınması zaman məsələsidir. Mən deputatlar Sandra Uayt, Patrik Qreydi, Azərbaycanın Britaniyadakı səfirliyinə və “Xocalıya Ədalət” kampaniyasını Şotlandiyada dəstəkləyən təşkilatlara təşşəkkürümü bildirirəm”.

Artıq bu ildən başlayaraq, “Scotland Welcomes Refugees” kampaniyası çərçivəsində, Şotlandiyanın bəzi məktəblərində Xocalı soyqırımına aid güclü təbliğat işləri aparılır.

“Azərbaycan ilə Şotlandiya arasında münasibətlər hər iki ölkə üçün çox əhəmiyyətlidir və onları bundan sonra da inkişaf etdirmək lazımdır”.

Şotlandiyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin həmsədri Nərgiz Morisson da bu hadisə ilə əlaqədar öz fikirlərini bölüşüb.

“Biz bu müvəffəqiyyətlə fəxr edirik və Şotlandiya parlamentdə Xocalı soyqırımının tanınması istiqamətində çalışırıq. Bundan əlavə, biz Şotlandiyada diaspor təşkilatının yaranması üzərində işləyirik. Bizim məqsədimiz Şotlandiyada Azərbaycan mədəniyyətini təşviq etməkdir”.

Xocalı Soyqırımı həftəsi ərəfəsində Şotlandiyanın Aberdin və Edinburq şəhərlərindəki azərbaycanlı icması və xüsusilə azərbaycanlı tələbələrin təşəbbüsü ilə səfirliklə əlaqələndirilmiş şəkildə anma və məlumatlandırma tədbirləri keçirilib. Tədbirlər zamanı ictimaiyyətin diqqətini bu faciəyə çəkmək məqsədilə Xocalı Soyqırımının mahiyyətini əks etdirən çoxsaylı təbliğat materialları paylanılıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031