Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Gürcü kəndində xristian-müsəlman davası

Gürcüstanda yeni dini gərginlik ocağı yaranıb. Azadlıq radiosunun məlumatına görə, Samtsxe-Cavaxeti regionunun Adigeni kəndində müsəlman və xristian icmalarının nümayəndələri arasında dava düşüb. Üç müsəlman xəsarət alıb.

 Ölkənin cənubunda yerləşən bu kənddə gürcülərlə yanaşı erməni, osetin və azərbaycanlılar da yaşayırlar.

 Mübahisə müsəlmanlar üçün yeni qəbiristanlığın yaradılması planına görə başlayıb. Belə ki, yerli xristianlar müsəlmanların özlərinə ayrıca qəbiristanlıq yaratmaq istəyindən narazıdırlar. Ancaq mərkəzi hakimiyyət onların bu istəyini qanuni hesab edir. Fevralın 25-də dini məsələlər üzrə dövlət agentliyi yerli hökumətə yeni qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasını tövsiyə edib. Ancaq fevralın 29-da, yerli bələdiyyənin başçısı (qamqebeli) Zakariya Endeladze sakinləri yeni qərarla tanış etmək üçün gələndən sonra dava düşüb.

 Kənd sakini Zurab Tabidze hər hansı insidentin baş verməməsi üçün məmurdan görüşü təxirə salmağı xahiş edib. Çünki həmin gün xristianlar öz dini bayramlarını qeyd edirdilər və onların əksəriyyəti ayıq vəziyyətdə deyildi.

 Ancaq məmur qəbiristanlıq üçün yerin təyin edilməsi üçün kəndə gəlib. Xristianlarla müsəlmanlar arasında bu anlaşılmazlıq da elə bu zaman baş verib. Bir xristian kənd sakini deyir ki, xrisrianlar kənddə iki qəbiristanlığın olmasına imkan verməyəcəklər. “Xristianları harada dəfn edirlərsə qoy müsəlmanları da onların yanında dəfn etsinlər. Əgər onlar buna qarşıdırlarsa qoy öz ölülərini istədikləri yerə aparsınlar. Yerli hakimiyyət nə qədər qərar qəbul etsıə də, onlar kağız üzərində qalacaq, bir yeni qəbiristanlığın açılmasına imkan verməyəcəyik,” deyə o bildirib.

Müsəlman icmasının nümayəndələri deyir ki, əvvəldən elə belə də olub. Onlar Adigeni kəndinə təbii fəlakətdən sonra Acariyanın dağlıq hissəsindən köçürülüblər. Bəziləri vəfat etmiş qohumlarını dəfn etmək üçün Acariyadakı ailə qəbiristanlığına, bəziləri isə qonşu müsəlman kəndlərinə aparırmış. Ancaq cənazə ilə birlikdə kilometrlərlə yol getmək müsəlmanlar üçün çətin olduğundan onlar məsələni hüquqi yolla həll etmək istəyiblər.

 İÇKİ MƏSƏLƏSİ

 Samtsxe-Cavaxetinin müftisi Mamuka Vaşakmadze yerli xristianların müsəlmanların qəbiristanlığın ardınca məscid və minarə tikəcəkləri ilə bağlı narahatlığını əsassız hesab edir. O izah edib ki, xristianlarla müsəlmanların dəfn mərasimləri fərqlidir. Belə ki, əgər xristian gürcülər üçün qəbiristanlıqda ölənin ruhuna sağlıq deyərək içki içmək dəfn mərasiminin ayrılmaz hissəsidirsə müsəlmanlar üçün bu, qəbrin təhqir olunmasıdır. Müfti düşünür ki, yerli hakimiyyət bu mübahisəni həll etmək iqtidarında deyil. O, baş naziri, hökuməti və mərkəzi hakimiyyəti bu problemi həll etməyə çağırır.

 Müsəlmanlar da xristianlar kimi bələdiyyə başqanı Endeladzeni qınayırlar. Qamqebelinin özü isə narahatdır; axı o qərar barədə əhaliyə məlumat verməli idi.

 Polis kordonu iki icmanın bir-biri ilə toqquşmaması üçün kəndi ortadan iki yerə ayırıb. Axşama doğru DİN Adigenidə vəziyyətə tam nəzarət etdiyini bildirib və əhalini qanunu pozmamağa çağırıb. Davaya görə “dini mənsubiyyətə görə təqibetmə” maddəsi üzrə cinayət işi açılıb. Bu maddə cərimə və ya iki il azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutur.

 Hazırda ombudsman aparatının və hüquq müdafiə QHT-lərinin nümayəndələri vəziyyətə nəzarət edirlər. Hüquq müdafiəçiləri dini azlıq nümayəndələrinin təqib olunması hallarının artmasını hökumət tərəfindən qeyri-adekvat reaksiya ilə izah edərlər. Onlar hökuməti heç olmasa bu halda məsələyə ciddi reaksiya verməyə çağırırlar.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031