Prezident Cəbrayıl və Laçın rayonlarının icra başçıların vəzifədən azad etdi – SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Nayfalı oğlu Quliyevin tutduğu vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Mahmud Quliyev 18 dekabr 2000-ci il tarixindən bu günədək Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.
Dövlət başçısının digər sərəncamı ilə Akif İsmayıl oğlu Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Akif Səlimov 4 mart 2013-cü il tarixindən bu günədək Laçın Rayon İcra Hakimiyyətinin başçısı idi.