İşğal altındakı Xankədi Braziliyadakı şəhərlə qardaşlaşdı
Azərbaycanın işğal altındakı Xankəndi şəhəri Braziliyanın Franku-da-Roşa şəhəri ilə qardaşlaşıb.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə qərarı Franku-da-Roşanın ağsaqqallar şurası qəbul edib və mer Fransisku Daniel Seleqim de Morais tərəfindən təsdiq olunub.
Razılşama iki şəhər arasında turizm, idman və mədəniyyət sahələrində qarşlıqlı əməkdaşlığı nəzərdə tutur.
Braziliyanın San-Paulu ştatının ərazisində yerləşən Franku-da-Roşa şəhəri 145 min sakinə malikdir.