Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi yaradılıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) təsis edilib. Martın 2-də İsmayıllı rayonunda İctimai Birliyin ilk iclası keçirilib.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərmək olan “Regional İnkişaf” İctimai Birliyi, eyni zamanda vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

“Regional İnkişaf” İctimai Birliyinin ilk iclasında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, ötən müddət ərzində Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində paytaxt və regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev Fondunun öz fəaliyyətində xalqa və vətənə xidmət yolunu əsas seçdiyini deyən Anar Ələkbərov qeyd edib ki, Fond Azərbaycanda bütün sahələrin inkişafı istiqamətində layihələr həyata keçirir, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması üzrə müxtəlif proqram və layihələr, o cümlədən “Xocalıya ədalət” beynəlxalq kampaniyasını reallaşdırır.

2012-2015-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən xaricdə Azərbaycanın təbliği ilə bağlı 250-dən çox tədbirin keçirildiyini diqqətə çatdıran Anar Ələkbərov bildirib ki, qarşıdakı illər ərzində Fondun fəaliyyətində əsas istiqamət regionlarda müxtəlif layihələrin icrasına yönələcək. “2016-2017-ci illərdə biz regionlarda işlərimizin genişlənməsini prioritet elan etmişik. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən “Regional İnkişaf” İctimai Birliyi təsis olunub. İctimai Birliyin əsas fəaliyyəti ictimai nəzarətin gücləndirilməsi, Heydər Əliyev Fondunun beynəlxalq layihələrinin Azərbaycan çərçivəsində tətbiq olunması, gənclərlə iş sahəsinə yönələcəkdir. Fondun prezidenti Mehriban Əliyeva tərəfindən qarşımızda qoyulan ən vacib məsələ dövlət strukturları ilə əhalinin əməkdaşlığının qurulmasından ibarətdir”,-deyə Anar Ələkbərov bildirib.

Toplantıda qeyd olunub ki, İctimai Birliyin fəaliyyəti çərçivəsində ölkənin müxtəlif regionlarına səfərlər ediləcək, daxil olan təkliflərin təhlili aparılacaq. Təşkilat tərəfindən fərdi maraqlar baxımından deyil, kollegial müraciətlərə baxılacağı diqqətə çatdırılıb.

Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri barədə məlumat verib. Bildirib ki, RİİB regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli, vətəndaşların qanunvericilik aktları ilə müəyyən edilmiş hüquqlarının qorunması istiqamətində tədbirlər həyata keçirəcək.

RİİB eyni zamanda regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünya görüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirməyi, əhalinin həyat səviyyəsinin öyrənilməsi, təhlili, eləcə də əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsini qarşıya məqsəd qoyub.

Regionlarda sahibkarlığın və turizmin inkişafına xidmət edən proqramların, eləcə də məşğulluq proqramlarının hazırlanması və icrasını həyata keçirəcək İctimai Birlik bölgələrdə güclü insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində layihələr reallaşdıracaq. RİİB-in layihələri, həmçinin gənclərin milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, eləcə də ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və məlumatlarının artırılması istiqamətinə yönələcək.

Birliyin müxtəlif regional mərkəzləri respublikanın şəhər və rayonlarında təşkilatın qarşıya qoyduğu vəzifələrdən irəli gələrək ayrı-ayrı sahələr üzrə təhlillər aparacaq, əhali ilə sıx münasibətlərin qurulması, mövcud problemlərin aşkarlanması, müxtəlif sahələr üzrə birbaşa məlumatların əldə edilməsi məqsədi ilə vətəndaşlarla yerlərdə görüşlər keçirəcək, fəaliyyət istiqamətinə uyğun olaraq işlər aparacaq.

RİİB-in İsmayıllı rayonunda keçirilən ilk iclasında çıxış edən millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bugünədək Heydər Əliyev Fondunun bütün təşəbbüs və layihələrinin uğurla həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, “Regional İnkişaf” İctimai Birliyinin yaradılması da insanların həyatında mühüm rol oynayacaq. Millət vəkili qeyd edib ki, Fondun layihələri respublikanın hər bir yerini əhatə edib və bu layihələr vətəndaşlar tərəfindən də dəstəklənir. Yeni yaradılan birlik də ictimai nəzarət baxımından mühüm əhəmiyyət kəsb edir. “Bu məsələyə dövlət başçısı da xüsusi diqqətlə yanaşır. Azərbaycan Prezidenti son çıxışlarında bunu açıq bildirdi ki, artıq biz tamamilə başqa dövrə keçirik. Bu dövrdə insanların məşğulluğu, yerli iqtisadiyyatın qaldırılması və təbii ki, ictimai nəzarətin güclü olması çox vacibdir. Ona görə, “Regional İnkişaf” İctimai Birliyinin yaranması hər birimiz üçün müsbət haldır”,- deyə Fuad Muradov bildirib.

Tədbirdə çıxış edən rayon ağsaqqaları və gənclər Heydər Əliyev Fondunun bugünədək İsmayıllıda müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən, o cümlədən Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Basqal kələğayısının, Lahıcda geniş yayılan misgərlik sənətinin UNESCO-nin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsindən danışıblar. Yeni birliyin yaradılmasını təqdirəlayiq hesab edən rayon sakinləri təşkilatın fəaliyyətinə hər cür dəstək göstərəcəklərini bildiriblər. Diskussiya formasında keçən tədbirdə rayonda turizmin inkişafı, istedadlı gənclərə dəstək və bununla bağlı təlim mərkəzinin yaradılması, yeni iş yerlərinin açılması, sosial, kənd təsərrüfatı, təhsil sahələrinə, həmçinin gənc sahibkarlara dəstək və digər məsələlərdə Birliyin rolu barədə müzakirələr aparılıb.

Tədbirdən sonra Heydər Əliyev Fondunun nümayədələri İsmayıllı rayonun kəndlərində olublar, sakinlərin problemləri ilə maraqlanaraq onların təkliflərini dinləyiblər. Sakinlər “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə ediblər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.

Diqqətə çatdırılıb ki, əhali ilə ünsiyyətin genişləndirilməsi və qarşıya qoyulan vəzifələrin reallaşması üçün İctimai Birliyin yaxın vaxtlarda “Qaynar xətt”i və “WhatsApp” mesaj xidməti istifadəyə veriləcək. Təşkilata daxil olan yazılı müraciətlər, “Qaynar xətt” telefon xidmətinə və “WhatsApp” mesajlarla göndərilən müraciətlər, foto və videomateriallar təhlil ediləcək, qurumun fəaliyyət sahələrinə və vəzifələrinə uyğun olaraq baxılacaqdır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031