Azərbaycanın xeyrinə casusluqda ittiham edilən Karine Qumaşyan casusluğa zabit olan oğlunu cəlb etməyə çalışıb. ANS PRESS-in məlumatına görə, bu barədə Karinenin oğlu leytenant Tiqran Karapetyanın məhkəmənin iclasında bildirib.
Onun sözlərinə görə, anası Türkiyəyə gedib. Bir müddət sonra ailəyə bildirib ki, ayaqqabı fabrikində işləyir. Əvvəlcə internetdə ünsiyyət saxlayaraq, yalnız məişət məsələlərini müzakirə edirdi. Sonra o oğlunun xidmət etdiyi hərbi hissənin yeri haqqında soruşub. Daha sonra qadın ciddi danışıqlar olduğunu bildirərək oğlunun olduğu hərbi hissəyə gəlib. Onun yanında Karine adında Vanadzordan olan qadın da olub.
“Mənə dedi ki, Türkiyədə Ermənistana kömək etmək istəyən, daha dəqiq, orduya Fransadan olan mesenatla tanış olub. Amma əmin olmaq istəyir ki, pul düzgün hədəflərə xidmət edəcək”, – deyə Tiqran Karapetyan ifadəsində bildirir.
Bunun üçün ona bəzi şeyləri bilmək lazımdır, məsələn, əsgərlər necə qidalanırlar və sair ilaxır. “Mənim adımdan Armanla yazışmanı göstərdi. Sonra anladım ki, bu erməni ordusu haqqında məlumatları yığan azərbaycanlıdır”, – deyə şahid qeyd edib. Onun sözlərinə görə, anasıyla münasibətlər onun atasıyla boşanaraq kiçik oğlunu Türkiyəyə yanına aparmaq fikrindən sonra yaranıb.
Karinenin digər oğlu David Karapetyan bir müddət anasıyla Türkiyədə yaşayıb və ayaqqabı fabrikində işləyib. David ifadələrində qeyd edib ki, onlarla bir binada Vanadzordan olan Rafiq Papoyan (bu iş üzrə həmçinin ittiham edilən) yaşayıb. Onun sözlərinə görə, mesenatla onun anasnı Rafiq tanış edib. “Anam ona dedi ki, qardaşım zabitdir. Əgər qardaşım ordu haqqında məlumatları bildirərsə o bizə kömək etməyə söz verdi”, – David Karapetyan qeyd edib.
David əlavə edib ki, anası onun xoşuna gəldiyindən onlar görüşməyə başlayıb və hər görüşdən sonra mesenat anasına 200 dollar verirmiş. Məhkəmədə Karapetyan qardaşları ifadə və suallara cavab verməkdən imtina ediblər. Bundan başqa, onlar bildiriblər ki, müstəntiqlər onlara anaya qarşı ifadə verməmək hüququ haqqında bildirməyiblər. Növbəti iclas martın 18-də olacaq.
Qeyd edək ki, istintaqda əsas fiqur hesab edilən Rafiq Papoyanı bu işə Türkiyədə Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndəsi olan və özünü Seyran kimi təqdim edən şəxs cəlb edib. Ona Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birinə müqavilə əsasında işə düzəlmək tapşırığı verilib. Əldə edilən informasiya isə internetlə ötürülməli idi. Karine Qumaşyan da 2013-cü ildə Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən ələ alınıb.
Diana Qoroyan xalası qızı Karine Qumaşyanın Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndəsi kimi təqdim edilən Arman ilə tanışlığından xəbərdar olmaqda, məsələnin dövlətə xəyanətlə əlaqəli olduğunu bildiyi halda bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməməkdə ittiham edilir. 18 yaşlı qızın vəkili Liana Qasparyan bütün ittihamları rədd edib.