Dəhşətli cinayət: Erməni arvadını türkə görə qətlə yetirdi
Ermənistanda Yegine Dambazyanın qətli ilə bağlı məhkəmədə əri Artak Arakelyan ona 30 bıçaq zərbəsi endirdiyini etiraf edib.
Axar.az xəbər verir ki, erməni mətbuatı Arakelyanın arvadını qısqanclıq zəminində öldürdüyünü yazır.
Verilən məlumata görə, Rusiyadan qayıdan Arakelyan arvadının hərəkətlərində bir dəyişiklik sezib. Daha sonra həyat yoldaşının Skayp hesabını açan Artak orada bir türklə yazışdığını görüb.
Cinayətkarın sözlərinə görə, arvadının gecələr saatlarla türklə danışdığını öyrəndikdən sonra onu qətlə yetirmək qərarına gəlib.
Mərhumun bacısının sözlərinə görə, sözügedən türk Artak Arakelyanın borclu olduğu adamdır və Yegine o türklə qaytarmalı olduqları borc haqqında danışırmış.