“Vor zakon”lar Ermənistana yığışır
Ermənistanda “Vzqo” kimi tanınan məşhur avtoritet Vazgen Nersesyan 79 yaşında vəfat edib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, “Vzqo”nun dəfn mərasimində iştirak etmək üçün dünyanın bir çox ölkələrindən tanınmış “vor zakon”lar Ermənistana gələcək.
“Prime crime” saytı yazır ki, “vor zakon”lar Ermənistandan təqib olunmurlar. Belə ki, yerli “qanuni oğru”larla yanaşı, Merab Kalaşov və Vitali Avdiyan da Ermənistanda yaşayır.
Məşhur avtoritet “Şakro” da Yeni il tətilini İrəvanda keçirir.