Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Londonda klub açan idmançımız: “Ermənilərə giriş qadağandır” – MÜSAHİBƏ

Bu günlərdə mətbuatda azərbaycanlı idmançının Londonda idman klubu açması xəbəri yayıldı. Tanınmış kikboksçu Hafiz Baxşəliyev Londonda “Kafkaz” adında idman klubu açıb. Təbii ki, bu xəbər bizim də diqqətimizdən yayına bilməzdi. Buna görə Londonda idman klubunun azərbaycanlı sahibi və Azərbaycan kikboks yığma komandasının keçmiş üzvü Hafiz Baxşəliyevlə əlaqə saxladıq.

Publika.az-a müsahibə verən keçmiş idmançı klubu açmaq məqsədindən danışdı. Müsahibə zamanı daha bir xəbər bizi heyrətləndirdi. Dünyanın məğlubiyyətsiz, ən güclü boksçusu adını qazanan Floyd Meyvezerin əlcəkləri Hafizə hədiyyə olunub. Əlcəkləri ona Pərvin Məmmədov adında dostu verib. Dediyinə görə, Pərvin Məmmədov əlcəkləri məşhur boksçu ilə görüşdə auksionda udub.

– Klubu açmaqda məqsəd nə idi? Ümumiyyətlə, bu ideya kimdən gəldi?

– Mən Britaniyaya gəldiyim vaxtdan daimi olaraq buradakı bəzi tələbələrlə idman edirdik. Amma Londonda bizə aid klub açmaq mənim arzum olub. 2016-cı ildə “Kavkaz” klubunu açdıq. Artıq 3 həftədir fəaliyyətə başlamışıq.

– Klubun neçə üzvü var, maraq göstərirlərmi?

– Hal-hazırda 10 nəfər məşq edir. Bəzən çox, bəzən az da olur. Ancaq orta hesabla 10 nəfərdir…

– Klub ödənişlidir?

– Məşqimizə gələnlərin heç birindən ödəniş tələb etmirəm. Çünki əksəriyyət tələbədir. İmkanı olan zalın kirayəsi üçün köməklik göstərir.

– Bəs Londonda klub açmaq üçün lazımi vəsaiti necə qarşıladınız?

– Klubumuz Londonun mərkəzində yerləşir. Mərkəzdə yer tapmaq çox çətin olduğundan biz başqa zaldan vaxt almışıq. Hələ ki, mən öz şəxsi hesabıma saxlamağa çalışıram. Nə vaxta qədər gücüm çatsa, davam edəcəyik.

Ancaq kikboks üçündür, ya ümumi idman klubudur?

– İndi ancaq boks və kikboks üçün…

– Bəs klub sırf azərbaycanlılar üçün nəzərdə tutulub, ya hamı gələ bilər?

– Əslində bu klubu açmaqda məqsədim azərbaycanlıları bir yerə yığıb bir-birimizlə sıx ünsiyyətdə olmaqdır. Həmçinin sağlam həyat yaşamaq üçün…

– Başqa millətdən müraciət edənlər necə? “Kafkaz” adına görə digər qafqazlılar da gələ bilənlər olar.

– Öncə də dediyim kimi, əslində məqsəd azərbaycanlıları bir araya toplamaq idi. Amma hazırda bizə qoşulmaq istəyən Gürcüstan və Türkiyə vətəndaşı da var.

– Birdən ermənilərdən idmanla məşğul olmaq istəyən olsa…

– Ermənilərə giriş qadağandır. Biz düşmənlə yan-yana durmarıq.

– Necə oldu ki, Londona getdiniz?

2009-cu ildə Britaniyaya gəldim və Kardiff şəhərində “Eagles” idman klubunda məşq etməyə başladım. Burada bir çox döyüşlərim oldu. “K-1” qaydaları üzrə peşəkarlar arasında Britaniya çempionu adını qazandım.

Hazırda isə burada işləyirəm. İdmandan kənar bir sahədə fəaliyyət göstərirəm.

Qeyd: Hafiz Baxşəliyev Azərbaycan kikboks yığma komandasının üzvü olub. Beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031