Hikmət Hacıyev: “Separatçı Dağlıq Qarabağ rejimi üçün pul çapı məsələsi Azərbaycan XİN-in diqqətindədir”
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev XİN-in hazırladığı “İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabata dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, məsələ Dağlıq Qarabağda qanunsuz maliyyə və fiskal fəaliyyətlərlə bağlı bölmədə qeyd olunub. “Bu pulların numizmatika kolleksiyalarına daxil edilməsinə qarşı addımlar atılır”.