Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Sərdar Həmidovun sayəsində Ermənistan 3 gün matəm elan etdi” – Milli Qəhrəmandan AÇIQLAMA

“Sərdar Həmidovun şəxsi şücaəti, igidliyi nəticəsində düşmənin “Arabo” batalyonu Azərbaycanda qırılaraq geri çəkildi…
…Bu gün qəhər məni boğur. Çünki Sərdar bəyin yoxluğu haqqında danışmaq çox çətindir. Sərdar Həmidov bu xalqın qəhrəman oğluydu. O, anadan doğulanda elə qəhrəman doğulmuşdu. Onun vətənpərvərliyini, vətənsevərliyini hər zaman alqışlamışam. Biz Sərdar Həmidovla çox çətin günlərdə bir yerdə, döyüşlərdə olduq“.

Bu sözləri Modern .az saytına açıqlamasında Milli Qəhrəman Maşallah Abdullayev Tərtər özünümüdafiə batalyonunun komandiri olmuş, rayonun mərhum icra başçısı Sərdar Həmidovla bağlı xatirələrindən danışarkən deyib.

Milli Qəhrəman təəssüflə bildirib ki, sabah Sərdar Həmidovun 3 mərasimi olacaq, amma hələ də onun ailəsinə hökumətt tərəfindən rəsmi şəkildə başsağlığı verilməyib:

“Sabah Sərdar bəyin 3 mərasimidir. Çox təəssüflər olsun ki, televiziyalarımızda onun qəhrəmanlığı, şücaəti haqqında heç nə vermirlər.  Rəsmi səviyyədə Sərdar bəyin ailəsinə başsağlığı da verilmədi.
O zaman, müharibənin qaynar vaxtlarında erməni üzdəniraqlar  Bərdəyə, Tərtərə girməyi, Yevlaxdan çıxıb ölkənin Qərbi ilə əlaqəni kəsməyi planlaşdırmışdılar. Amma bunun qarşısını öz canı bahasına Sərdar bəy aldı. Sərdar Həmidov dünyada nə qədər yaxşı söz varsa, onların hamısına layiq bir şəxsiyyətdir“.

Milli Qəhrəman Maşallah Abdullayev Tərtər rayon özünümüdafiə batalyonunun komandiri olmuş Sərdar Həmidovla cəbhə xatirələrindən də danışıb:

“Qarabağ müharibəsi zamanı ermənilərin “Arabo” adlı zərbə batalyonu var idi. Bu batalyon əsasən Livandan gəlmə muzdlu döyüşçülərdən ibarət idi. Onlar o zaman Goranboyun Muncuq kəndini də tutmuşdular və başqa bir neçə təxribatlar da törətmişdilər.

Goranboy batalyonu Sərsəng su anbarına nəzarət edəndə “Arabo ” qəfil hücumla oranı da ələ keçirdi. “Arabo” Sərsəngi ələ keçirdikdən sonra Sərdar bəylə mən Prezident Aparatına çağırıldıq.

Bizi buna görə çox qınadılar və dedilər ki, “necə oldu ki Sərsəng su anbarını ıldən verdisiniz?”. Biz həqiqətən də çıxılmaz və pis vəziyyətdə idik. Amma buna baxmayaraq, Sərdar bəylə özümüzü toplaya bildik.

Yaxşı yadımdadır ki, 1992-ci ilin avqust ayı idi. Biz gəlib Tərtərdə cəmləşdik. O zaman rəhmətlik Milli Qəhrəman Vəzir Orucov da bizimlə idi. Vəzir Orucov Sərsəngə kəşfiyyata getdi. Vəzir oradan bizimlə ratsiya ilə əlaqəyə girərək, dedi ki, ermənilər Sərsəngdə kabab çəkir, yeyib-içirlər, kef edirlər.

Vəzir Orucovun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış cəsur və mərd kəşfiyyatçı var idi. Biz öndən, Vəzir isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçdik. Sərdar Həmidov o əməliyyatda çox böyük qəhrəmanlıq göstərdi. Ermənilərin “Arabo” batalyonu demək olar ki, həmin gün tamamilə qırıldı. Bizim məhz həmin uğurlu əməliyyatımız nəticəsində “Arabo” batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etdi.
Artıq bu əməliyyata qədər Xocalı soyqırımı törədilmiş, Şuşa da əldən getmişdi. Sərdar bəy konkret olaraq dedi ki, düşmənə heç bir imdad verməyəcəyik. Və vermədik də…”.

Maşallah Abdullayevin sözlərinə görə, o, Sərdar Həmidovu Mili Qəhrəman gözündə görürdü.

“O, vətənini, torpağını dünyadan hər şeydən, hamıdan çox, hətta balasından da çox sevirdi.

Sərdar Həmidova Milli Qəhrəman adı yüzə yüz , birmənalı verilməlidir. Həyatdır, ola bilər ki, mən də hardasa səhvə yol verim. Bir başqasının da səhvi ola bilər. Amma Sərdar Həmidov əsl qəhrəman doğulmuşdu və qəhrəman idi. Onun ətrafında olan oğlanlar da əsl qəhrəmanlardır.

Tərtərin Marquşevan kəndinə köməyə getdik. Onda Sərdar bəy hələ Tərtərin icra başçısı deyildi. Orada xalqın içində elə hərəkət elədi ki, yəni rayona su gətizdirdi , əlindən gələni və artığını da etdi.

Orada da çox çətin döyüş yolu keçdik. Sonradan Sərdar Həmidov Tərtərə icra başçısı təyin ediləndə də xalqın və millətin əsl sevgisini, məhəbbətini qazandı.  Sərdar Həmidov hər zaman döyüşlərdə özü çiynində qumbaraatanla gəzirdi ”-deyə Milli Qəhrəman Maşallah Abdullayev bildirib.

Maşallah Abdullayev Sərdar Həmidova heç olmasa ölümündən sonra Milli Qəhrman adının rəsmi olaraq verilməsini istəyir:

“Mən inanıram ki, dövlətimiz və prezidentimiz Sərdar Həmidova ölümündən sonra Mili Qəhrəman adının verilməsi ilə bağlı tədbir görəcək.
Tərtər məhz Sərdar bəyin hesabına işğal olunmadı. Amma Ağdam kimi şəhər düşmən əlinə keçdi. Ağdamın işğal olunmasının əsas səbəblərindən biri orada birliyin olmaması idi. Amma rəhmətlik Sərdar Həmidov döyüşçüləri, Tərtər camaatını vətən uğrunda başına yığmağı bacarmışdı. Sərdar Həmidov Milli Qəhrəman olub, sadəcə olaraq bu adı rəsmi olaraq ona vermək lazımdır “.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031