Moskva Qarabağda “ikinci cəbhə”yə hazırlaşır
“Rusiya Qarabağda “ikinci cəbhənin” açılmasına qarşı Ermənistanı silahlandırır”.
Publika.az xəbər verir ki, bu barədə Litvanın “Baltnews” saytı yazıb.
Sayt qeyd edir ki, Türkiyə-Rusiya münasibətlərində gərginliyin yaranması və Bakının Ankaraya doğru bir neçə addım atması fonunda Rusiya İrəvanı gücləndirmək qərarına gəldi: “Rusiya üçün Ermənistan cənub sərhədlərində hərbi qaladır. Xüsusilə NATO-nun Tiflisdə möhkəmlənməsi Moskvanı İrəvanda güclənməyə vadar edir”.
“Baltnews” Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazır ki, Ermənistan hazırda aviazərbələrə dözə biləcək gücdə deyil.
“Xüsusilə Türkiyənin ora hansısa müdaxilə fəlakətə gətirib çıxara bilər. Buna görə də Rusiya müasir silahları Ermənistana vermək məcburiyyətindədir. Bu, həm Türkiyəyə təzyiqin bir növüdür, həm də Dağlıq Qarabağda “ikinci cəbhənin” açılmasına hazırlıqdır”, – deyə sayt qeyd edib.