Kerri Rusiya ilə ABŞ arasındak razılıqdan DANIŞDI: “Əməliyyat hazırlanır”
ABŞ və Rusiya Suriyada atəşkəs haqqında sazişə riayət edilməsi və terrorçulara qarşı əməliyyatların keçirilməsi sisteminin yaradılması barədə razılığa gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib. O deyib ki, Vaşinqtonla Moskva prosesin necə həyata keçirilməsini razılaşdırıb. Bu imkan verəcək ki, həyata keçirilən missiyalar “İslam dövləti” (İŞİD) və Ən-Nusra cəbhəsinə qarşı olsun”,-deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib. Con Kerri bununla belə əlavə edib ki, razılığın detallarının mətbuatda açıq müzakirəsinə hazırlaşmırlar. Xatırladaq ki, Suriyada atəşkəs razılaşması fevralın 27-dən qüvvəyə minib.