Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İlham Əliyevdən daha bir inqilabi fərman

Bu gün Azərbaycan prezidenti İlham Əliyev ixracın təşviq edilməsinə yönələn əlavə təbirlər haqda fərman imzalayıb. Fərmana əsasən Azərbaycan ərazisində istehsal olunan qeyri-neft məhsullarının ixracı ilə məşğul olan iş adamlarına dövlət büdcəsinin vəsaiti hesabına əlavə ixrac təşviqi vəsaiti ödəniləcək.

Fərmanda deyilir ki, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil ediləcək.

 Fərmanda Nazirlər Kabinetinə göstəriş verilir ki, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan iş adamlarının təşviq edilməsi qaydasını və ixrac təşviqinə şamil olunacaq məhsulların siyahısını bir ay müddətində prezidentlə razılaşdırmaqla müəyyən etsin. Habelə ixrac təşviqinin ödənilməsi üçün bu ilin dövlət büdcəsində,  cümlədən sonrakı 4 il üçün dövlət büdcəsində ayrıca vəsaitin nəzərdə tutulması təmin edilsin. Fərman bu il martın 1-dən qüvvəyə minir və 2020-ci ilə qədər qüvvədə olacaq.

Xəbər verildiyi kimi Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviq edilməsi prezident İlham Əliyevin yanvarın ortalarında ölkədəki iqtisadi vəziyyətə həsr olunmuş müşavirədəki çıxışı zamanı elan olunan yeni iqtisadi siyasətin əsas prioritetlərindən birini təşkil edirdi. İxracın təşviq edilməsi praktikasından bir çox ölkələr, məsələn, Türkiyə uğurla istifadə edib. Türkiyədə bu praktikanın tətbiq olunması ixrac həcminin kəskin artmasına və beləliklə də ümumi iqtisadi inkişafa ciddi təkan vermişdi.

İndi Azərbaycan prezidentinin bu fərmanı ölkə iqtisadiyyatının inkişafının qeyri-neft relsləri üzərinə keçirilməsində mühüm əhəmiyyət kəsb edəcək və ölkədə rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalını genişləndirəcək. Məsələn, hansısa iş adamı Azərbaycandan 10 milyon dollarlıq mal ixrac etsə dövlət büdcəsindən 300 min dollar vəsait ala biləcək. Deməli iş adamları Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarını xarici bazarlara çıxarmaqda maraqlı olacaqlar.

Məsələ burasındadır ki, Azərbaycanda son texnologiyalarla təchiz edilmiş avadanlıqlara malik müəssisələr, o cümlədən emal müəssisələri qurulsa da onların istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılması işi indiyədək o qədər də uğurla təşkil edilməmişdi. İndi həyata keçirilən iqtisadi islahatlar, gömrük sistemində həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycandan məhsul ixrac etməyin qarşısında dayanan maneələr aradan qalxır, üstəlik dövlət ixracatçılara pul da ödəyir…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031