Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Heydər Əliyev balaca Saşanı necə xilas etdi?

1983-cü il iyul ayının 5-də axşam saatlarında “Aleksandr Suvorov” teploxodu Ulyanovsk şəhərində Volqa çayının üzərindəki körpü ilə toqquşdu. Bu hadisə bütün vilayəti dəhşətə gətirdi. Hər kəs Volqa çayının kənarına axışırdı…

Qısa zamanda Ulyanovsk şəhərində fövqəladə vəziyyət elan edildi, bütün xəstəxanaların tibb işçiləri, o cümlədən mənim internatura keçirdiyim vilayət xəstəxanasının tibbi personalı səfərbər olaraq qəza yerinə gəldi.

Operativ yardım göstərilməsi məqsədilə tibb işçiləri iki qrupa bölündü. Bir qrup xəstəxanada qaldı, mən isə digər qrupun tərkibində yaralıları və ölənləri təcili xəstəxanalara çatdırmaq üçün teploxoda yollandıq. Əlbəttə, bu böyük bir faciə idi. Çoxlu ölən və yaralananlar var idi. Demək olar ki, bir neçə sutka həmin ərazidə gecə-gündüz yaralılar xəstəxanalara daşındı, meyitlər soyuducusu olan refrijaratorlara qoyuldu. Bütün Volqa çayı boyunca suya düşüb boğulanların axtarışları davam edirdi. Həmin hadisədə 254 insan həyatını itirdi. Bütün bunlara baxmayaraq sərnişinlərin bir qismi həkimlərin səyi nəticəsində xilas edildilər.

Ertəsi günü hadisənin səbəblərini araşdırmaq üçün dövlət tərəfindən yaradılmış komissiya heyəti Ulyanovsk şəhərinə gəldi. Komissiyanın sədri SSRİ Nazirlər Kabinetinin birinci müavini Heydər Əliyev idi. Dövlət nümayəndələri birbaşa hadisə yerinə gəldilər. Heydər Əliyev digər komissiya üzvləri ilə teploxoda qalxdı. Vəziyyət barədə məlumat verildikdən sonra Ümummilli lider orada çalışanların hər birinin əlini sıxaraq görüşdü.

Bütün gecəni çayın kənarında ağır şəraitdə çalışan insanların vəziyyətini təsəvvür etmək çətin deyildi. Bütün bunlara baxmayaraq hamı böyük canfəşanlıqla əlindən gələn köməklikləri əsirgəmirdilər.

Mən daxilən hamıdan çox fərəhlənirdim. Ona görə ki, məhz bu iş xalqımın böyük oğlu Heydər Əliyevin başçılığı ilə həyata keçirdi. Əlbəttə, xalqımız hər zaman öz layiqli oğlu ilə fəxr edib. Mən vətəndən uzaqda öz xalqımın layiqli nümayəndəsini görüncə fərəhim yerə-göyə sığmırdı. Təsadüf məni Ulu Öndərimizlə üz-üzə görüşdürdü. Məni görüncə azərbaycanlı olduğumu bilərək yanına çağırdı, vəziyyətimlə tanış olandan sonra vilayət xəstəxanasının baş həkimindən mənim barəmdə soruşdu. Sonra mənim əlimi bir də sıxdı və əlini çiynimə qoyub dedi: “Vətənə yaxşı bir mütəxəssis kimi qayıt. Azərbaycan xalqının yaxşı alimlərə ehtiyacı var…”

Komissiya üzvləri pilləkənlərlə teploxodun ikinci mərtəbəsinə düşərək ətrafa nəzər saldılar. Ərköyünlük edib baş həkimin ardınca gedirdim. Bir anlıq Heydər Əliyev ayaq saxladı və kayutaların birindən inilti səsi gəldiyini söylədi. Tibb işçiləri və xilasedicilər həmin kayutaya daxil oldular. Lakin orada heç kim yox idi. Bir neçə saniyədən sonra  həmin inilti səsi yenə eşidildi. Bu dəfə kayutada yerləşən tualetin qapısını açdılar və orada 5-6 yaşlı bir oğlan uşağının olduğunu gördülər. Uşaq təcili olaraq xəstəxanaya yerləşdirildi. Nənəsi balaca Saşanın öldüyünü zənn edirdi. O eşidəndə ki, nəvəsi salamatdır və onu Heydər Əliyevin sayəsində xilas ediblər, Ulu öndərlə görüşmək istədiyini bildirdi.

Ümummilli lider Heydər Əliyev zərərçəkənlərə baş çəkmək üçün xəstəxanaya gələrkən Saşanın nənəsi onunla görüşüb minnətdarlığını bildirdi və uşağın adını dəyişərək Heydər qoymaq istədiyini söylədi. Lakin Heydər Əliyev özünəməxsus təbəssümlə dedi: “Sizin nəvəniz dahi Aleksandr Puşkinin adını daşıyır, ona görə o adı dəyişməyə ehtiyac yoxdur.”

Ulyanovskidə baş verən faciəli hadisə nə qədər acı olsa da mənim həyatımda şirin bir xatirə kimi dərin iz salmışdı. Mən böyük bir azərbaycanlı ilə – Heydər Əliyevlə məhz orada tanış olmuşdum. Bu hadisə bir daha onu sübut edir ki, bizim xalq tutduğu mövqeyindən asılı olmayaraq hər zaman öz insanpərvərliyi ilə seçilib.

Bu görüş üçün formal səbəb 1983-cü ilin iyununda Volqa çayında baş vermiş teploxod qəzasında həlak olanların xatirəsinə qoyulmuş abidənin açılışında iştirak etməkdir. Belə ki, həmin il “Aleksandr Suvorov” teploxodu Volqa çayı üzərindən keçən körpü ilə toqquşub, nəticədə 170 nəfər həlak olub. O vaxt SSRİ Nazirlər Şurasının sədr müavini olan Heydər Əliyev qəza ilə bağlı yaradılan komissiyaya rəhbərlik edib, zərərçəkənlərin ailələrinə yardımların göstərilməsinə göstərişlər verib. Bu səbəbdən Ulyanovskda H.Əliyevin xatirəsini hörmətlə yad edirlər. Ancaq şübhə yoxdur ki, Əliyevin Rusiyaya səfəri zamanı əsas diqqət mərkəzində Münhen danışıqları olacaq.

Tofiq Fətullayev

Kardioloq

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031