Dilqəm Əsgərov ermənilərdən əfv istəməkdən imtina etdi
İşğal altındakı Qarabağda qanunsuz olaraq ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan vətəndaşı Dilqəm Əsgərov ermənilərdən əfv istəməkdən imtina edib.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə onun “vəkili” Erik Beqlaryan məlumat verib.
Əsgərov separatçı Qarabağ rejiminin rəhbəri Bako Saakyandan heç bir halda əfv istəməyəcəyini deyib.
Xatırladaq ki, 2014-cvü il dekabrın 29-da Xankəndindəki qondarma məhkəmə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.