Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Avropa İttifaqı “Dağlıq Qarabağı” tanımır

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olundu.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığın strateji müstəvidə inkişafında maraqlı olduğunu qeyd etdi və bu məqsədlə Strateji Tərəfdaşlıq haqqında saziş layihəsinin təşkilata təqdim edildiyini xatırlatdı.
Federika Mogerini Avropa İttifaqının Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bildirdi, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd etdi. Ali Nümayəndə həmçinin, sosial və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı, bu istiqamətdə Avropa İttifaqının texniki dəstəyinin davam etdiriləcəyini diqqətə çatdırdı. O, Azərbaycanın Aİ-nin regionda əsas ticarət tərəfdaşı olması üçün mühüm potensiala malik olduğunu dedi və Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrinin təqdirəlayiq olduğunu vurğuladı.
Görüşdə həmçinin region ölkələrinin dəmir yollarını birləşdirəcək Şərq-Qərb nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi cəhətdən hər iki tərəf üçün faydalı olduğu qeyd edildi, bu istiqamətdə atılan addımların iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini əminlik ifadə olundu.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi haqqında məlumat verərək güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu nəzərə çatdırdı.
Federika Moqerini Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vasitəsilə münaqişənin həllinə töhfə verməyə çalışdığını bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
Onun sözlərinə görə, Avropa İttifaqı “Dağlıq Qarabağı” tanımır.
“Münaqişənin status-kvosu qeyri-sabitdir”, – deyə F.Mogerini qeyd edib. O, tərəfləri münaqişəni danışıqlar və sülh yolu ilə həll etməyə çağırıb və bildirib ki, Dağlıq Qarabağ məsələsi Aİ üçün prioritet olaraq qalır.(azvision.az)
Aİ-in ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması istiqamətində göstərdiyi səyləri dəstəklədiyini deyən F.Mogerini tərəflər arasında qarşılıqlı inamın yaranmasının vacibliyini qeyd edib.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Mart 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031