Nazir: Gürcüstan Azərbaycan qazının əlavə həcmləri barədə razılığa gəlməyə ümid edir (ÖZƏL)
Gürcüstan Azərbaycan qazının əlavə həcmləri barədə razılığa gəlməyə ümid edir. Bunu Bakıda Trend-ə Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycan qazının tədarüklərinin həcminin artırılması məsələsi üzrə “Şahdəniz” konsorsiumu ilə danışıqlar aparır: “Fikrimcə, bu yaxınlarda biz bu məsələni razılaşdıracağıq və Azərbaycandan əlavə qaz həcmləri almaq imkanı olacaq”.