Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Dəniz allahı” Azərbaycana qarşı: “qaz müharibələri” yenidən qayıdır

Ötən həftə beynəlxalq hakerlər şəbəkəsi olan “Anonimous”un Azərbaycan qazını Avropaya nəql edəcək Transadriatik Qaz Kəməri (TAP) layihəsinə etiraz olaraq İtaliyanın Apuliya bölgəsinin dövlət hakimiyyəti orqanının saytına hücum etməsi “qaz müharibələrinin” geridə qalmadığını göstərdi.

Rusiyanın Suriyaya müdaxiləsi ilə beynəlxalq siyasətin gündəmində müəyyən dəyişikliklər baş vermiş, medianın “qaz müharibələri” adlandırdığı Avropa qaz bazarı uğrundakı mübarizə ikinci plana keçmişdi. Lakin bu hücum müharibənin müxtəlif formalarda davam etdiyini sübut edir. Xüsusilə İtaliyada Azərbaycan qazının Avropaya çıxarılmasına qarşı bu tip cəhdlər birinci dəfə deyil. Etirazçılar TAP layihəsinin“ətraf mühitə zərər vuracağını” iddia edərək, Apuliya bölgəsində kəmərin tikintisini istəmirlər.

“Bizim hökumətimizin dənizi öz tankerləri və gəmiləri ilə çirkləndirdiyi yetər” deyə “Anonimous” haker qrupunun bəyanatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl TAP layihəsinə qarşı İtaliyada “5 Star” adlı siyasi qrupun etiraz aksiyaları olmuşdu.

Lakin burada diqqət çəkən kəmərin keçəcəyi marşrutu təsdiqləyən və tikintini aparacaq podratçı şirkətləri seçən İtaliya hökumətinin geri çəkilməsidir.

Publika.az xəbər verir ki, İtaliyanın “IL Foglio” nəşri hökumətin “Poseydon” layihəsinə meyil etdiyini yazıb.

“Poseydon” qaz kəməri Rusiya qazının Qara dənizin dibi ilə Yunanıstana, oradan da İtaliyaya çıxarır. İtaliyaya gətirilən təbii qaz buradan ehtiyacı olan Avropa ölkələrinə paylanılır. Halbuki bu, imtina edilən “Cənub axını” layihəsinin başqa formada reallaşmasıdır. Belə görünür ki, İtaliya hökuməti bu layihədə iştirak etmək niyyətini gizlətmir. Bu isə TAP layihəsinə birbaşa təhlükədir. Roma hökumətinin strategiyası anlaşılmaz görünür. Vaxtilə İtaliya TAP-ın inkişafına imkan yaradırdı. İndi isə “Poseydon” layihəsi üzrə yeni razılaşmanın imzalanması və Rusiya qazının çıxışına yaşıl işıq yandırmaq Vaşinqtonda ciddi narazılığa səbəb ola bilər. Amma İtaliya hökuməti bu addımı ilə “Qazprom”un oyununda yer aldığını göstərir”, – deyə nəşr qeyd edib.

Məlumatlara görə, “Poseydon”la bağlı razılaşmaya Yunanıstan da qoşulub. Halbuki rəsmi Afina Avropanın Rusiya qazından imtina siyasətinə qarşı çıxaraq, Moskva ilə danışıqlara getmiş və bunun ağrılı nəticəsi ilə üzləşmişdi. Yunanıstanda başlanan iqtisadi defolt problemi solçu Çipras hökumətinə ciddi zərbə vurdu. Bundan sonra Afina Rusiya qazı ilə bağlı siyasətini dayandırdı. Görünür, iqtisadi çətinliyi geridə qoyan Çipras hökuməti yenidən əvvəlki ampluasına qayıdıb. Bu, faktiki olaraq, Azərbaycan qazının Avropaya çıxışının qarşısını almaq siyasətidir və rəsmi Bakının xoşuna gəlməyən addımdır. Amma Brüssel və Vaşinqton da bu məsələdə Bakı ilə eyni mövqedən çıxış edir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29