Bu gün Qarabağ məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarıla bilər
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün BMT Təhlükəsizlik Şurasında hesabat məruzəsi ilə çıxış edəcək.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ştaynmayer ATƏT-lə BMT arasında əməkdaşlıq haqda danışacaq.
Gözləntilərə görə, ATƏT-in hazırkı sədri post-sovet məkanında mövcud münaqişələrdən də danışacaq. Belə ki, o, Donetsk, Dnestryanı, Cənubi Osetiya və Abxaziya, eləcə də Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcək.
Qeyd edək ki, F. Ştaynmayer fevralın 16-da xarici mediaya müsahibəsində Dağlıq Qarabağda gərginliyin artmasından narahat olduqlarını dilə gətirmişdi.