Əhaliyə Novruz XƏBƏRDARLIĞI
Fövqaladə Halar Nazirliyi Novruz Bayramı şənliklərinin keçirilməsi zamanı vətəndaşları təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.
Nazirlikdən verilən məlumatda bildirilir:
Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:
– bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
– tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
– tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
– yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!