“Qarabağ” xal itirdi
Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Bakının “İnter” klubu “Qarabağ”ı qəbul edib. Qarşılaşma gərgin mübarizə və qarşılıqlı hücumlar şəraitində keçib.
İlk hissənin sonuna 3 dəqiqə qalmış Nizami Hacıyevin dəqiq zərbəsi ilə hesabı açan Zaur Şvanadzenin yetirmələri sonradan daha çox hesabı qorumaq üçün mübarizə aparıb. “Qarabağ” oyunu xilas etmək üçün fasiləsiz hücumlar təşkil edib. Bu, oyunun sonuna yaxın öz bəhrəsini verib. Kapitan Rəşad Sadıqov müdafiədən hücuma atılaraq 88-ci dəqiqədə baş zərbəsi ilə topu rəqib qapısından keçirib – 1:1.