Ermənilər Şuşaya kanat yolu çəkmək istəyir
Ermənilər işğal altındakı Xankəndi şəhərindən Şuşaya kanat yolu çəkməyi planlaşdırır.
Ermənistan KİV-i istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin “baş naziri”
Ara Arutunyan məlumat verib. Arutunyan “parlament” və “hökumət” nümayəndələri ilə görüş zamanı layihəni təqdim edib. Ara Arutunyan Xankəndi-Şuşa kanat yolunu çəkilməsi ilə Şuşanın turizm mərkəzinə çevrliməsi məqsədini güddüklərini deyib.
Çoxmilyonlu layihənin maliyyələşdirilməsi üçün erməni diasporundan olan biznesmenlərə müraciət olunacağı gözlənilir.